"Qəbələ" və "Qarabağ"ın rəqibləri bilindi.
Fanat.Az xəbər verir ki, bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkarma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən "Qəbələ" Sloveniyanın "Moribor" klubu ilə, "Qarabağ" isə İsveçin "Höteborq" klubu ilə qarşılaşacaq. Püşkə əsasən hər iki komandamız ilk oyunlarını səfərdə keçirəcək.
"Qəbələ"nin rəqibi "Maribor" Avroliqaya II təsnifat mərhələsindən başlayıb və bu mərhələdə Bolqarıstanın "Levski" klubunu səfərdə vurduğu qol hesabına (0:0, 1:1) mübarizədən kənarlaşdırıb. "Maribor" III təsnifat mərhələsində isə Şotlandiyanın "Aberdin" klubundan üstün olub (1:1, 1:0).
"Qarabağ"ın rəqibi "Höteborq" klubu I təsnifat mərhələsində Uelsin "Landudno Taun" klubunu (5:0, 2:1), II təsnifat mərhələsində Polşanın "Piast" klubunu (3:0, 0:0), III təsnifat mərhələsində isə Finlandiyanın "HİK" klubunu (1:2, 2:0) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Avropa Liqasının IV təsnifat mərhələsinin ilk oyunları avqustun 18-i, cavab oyunları isə avqustun 25-i keçiriləcək. Bu mərhələni keçən 22 komandaya Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanmış 16 klub və Çempionlar Liqasının pley-off mərhələsinin 10 məğlub komandası qoşulacaq. 48 komanda avqustun 26-sı Monakoda baş tutacaq püşkatmadan sonra 12 qrupa bölünəcək.
Fanat.az