Dünyanın ən yaxşı klub məşqçilərinin yeni siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov siyahıda yeganə azərbaycanlı məşqçidi.
Hesabında 1250 xal olan gənc çalışdırıcı siyahıda 517-cidi. Avropa Liqasında inamlı çıxış edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə 566-cı pilldədədi. Ukraynalı mütəxəssisin hesabında 1103 xal var.
Qeyd edək ki, ilk pillədə "Barselona"nın çalşdırıcısı Luis Enrikedi. İspaniyalı mütəxəssisin hesabında 18,112 xal var. İkinci pillədə isə Pep Qvardiola qərarlaşıb (14,223). Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simone isə 3-cüdü (13,514).
Fanat.Az