"Qəbələ" - "Kəpəz" qarşılaşmasında xoşagəlməz hal yaşanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 33-cü dəqiqəsində "Qəbələ"nin kapitanı Rəşad Sadiqov ciddi zədələnib. Oyuna davam edə bilməyən kapitan yerini gənc Tellur Mütəllimova verməyə məcbur olub.
Kapitanın zədəsinin ciddilik dərəcəsi və onun nə vaxt yaşıl meydanlara dönəcəyi tibbi müayinədən sonra bilinəcək.
Fanat.Az