"Rəşad Sadiqov yaxşı və təcrübəli oyunçudu. Zədəsi haqda bilgimiz yoxdu. Hələ maraqlanacağıq. O təcrübəli olduğu üçün öz bədənini yaxşı bilir".
Fanat.Az xəbər verir ki, "Qəbələ"nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk "Kəpəz"ə 2:0 hesabıyla qalib gəldikləri oyundan mətbuat konfransında Premyer Liqada tətbiq olunan limitdən narazılığını ifadə edib:
"Mən əvəzetmə ilə bağlı həmin an üçün lazım olan qərarı qəbul edirəm. İşlərimiz çox olur, özümüzü analiz edirik. Sabahdan "İnter"in oyununu analiz edib, oyunçularla müzakirə aparacağıq. Limitin faydasız olması ilə bağlı fikrimi demişdim. Ancaq limit var və bunu nəzərə almalıyıq".
Fanat.Az