"Oyunu yaxşı gördünüz. Məni narahat edən yalnız qalib ruhunun olmamasıdı. Komanda uduzanda heç kim tələsmirsə, problem budu".
Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın ilk turunda "Qəbələ"yə qarşı oyundan sonra bildirib.
Məğlub olduqlarına görə məyusluğunu gizlətməyən çalışdırıcı yetirmələrinə təşəkkür etməyi də unutmayıb: "Oyuna görə komandaya təşəkkür edirəm. Fikrimcə, yaxşı oynadı. Müdafiə komanda hücum olunanda qurulur. Biz də hücum quranda müdafiə oluna bilmirdik. Çempionat yeni başlayır. Belə oynasaq, hər oyun artırsaq, yaxşı olacaq. Oyun üstünlüyü bizdə idi. Sadəcə futbolçuların ustalıq səviyyəsi qol vurmağa imkan vermədi. Bir neçə imkanı əldən verdik. Futbolçuların xaraketerindən narazıyam. Oyunda dönüş etməmək, aqressivliyin olmaması, bunlardan razı deyiləm. Fikrimcə "Qəbələ"dən heç də zəif oyun göstərmədik. Bu gün biz Dmitri Bezotosnını məşq etdirdik. Bütün toplar üzərinə gedirdi. 8 komandalıq çempionatda avrokuboklara düşmək üçün deyərdim ki, bu heyət yetərlidi".
Fanat.Az