Kamran Ağayevin yeni klubu rəsmən açıqlanıb. Fanat.Az xəbər verir ki, millimizin qapıçısı karyerasını "Sumqayıt"da davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Son iş yeri "İnter" olan Kamran Ağayev əvvəllər "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "Kayserispor" və "Karşıyaka" klublarında çıxış edib. 2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan qapıçı yığmamızla 60 dəfə meydana çıxıb.
Qeyd edək ki, bu "Sumqayıt"ın yay fasiləsində 14-cü transferi olub. Ona qədər klub Fərhad Vəliyev, Kamran Abdullazadə, Vaquf Güləliyev, Əli Həsənli, Mirabdulla Abbasov, Rail Məlikov, Yusif Nəbiyev, Azər Salahlı, İbrahim Abidnejad, Əfşin İsmailzadə, Məhəmməd Qurbanov, Süleyman Əhmədov və Nasır Abilayevi heyətinə cəlb edib.
Fanat.Az