15:15 01.06.2013 967

"Onlar da insandır, onlar da xəta edə bilər"

Qəbələ Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı 7-ci yer uğrunda keçirilən “Qəbələ” - “Zenit” oyunundan sonra brifinq keçirib. Apasport.az saytının II Qəbələ Kuboku üçün adıçəkilən şəhərə ezam olunmuş əməkdaşının məlumatına görə, türkiyəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Ötən mövsüm bu turnirdə 6-cı, bu il isə 7-ci oldunuz. Bu geriləmə nə ilə əlaqədardır?

- Bu turnirlərdə nəticə çox önəmli deyil. Ötən il bizim komanda 1-ci olsaydı belə, bu məni razı salmayacaqdı. Çünki onda yaxşı oynamamışdıq. Amma bu il biz cəmi 1 dəfə məğlub olduq. Yalnız “Barselona”ya yenildik. “Beşiktaş”, “Barselona”, “Şaxtyor” və “Zenit”ə qarşı çox gözəl oynamışıq. Mən bu dəqiqə çox rahatam. Çünki komandamız futbol adına çox yaxşı çıxış etdi. Nəticə baxımından zəif çıxış edə bilərik. Futbolda belə şeylər olur. Məsələn, Bakı turnirdə 1 qol vurdu, amma yarışı bizdən öncə bitirdilər. Önəmli olan uşaqların inkişaf etməsidir. Futbolçularımız ötən il etdiyikləri səhvləri təkrarlamamaqla inkişaf etdiklərini göstərdilər. Xatırlaylırsınızsa, ötən il mən demişdim ki, azəri futbolçuların psixoloji problemi var. Qol buraxdıqları zamanı çökürlər, ondan sonra da digər topları buraxırlar. Bu problemi həll edəcəyik demişdim və bunu etdik. Necə həll etdik? Ölkə xaricindəki turnirlərə getdik. Orda məğlubiyyətdən qələbəyə keçməyi, 9-10 futbolçu ilə qalanda mübarizə aparmağı öyrəndik. Xaricdə olanda 11 futbolçu ilə oyunu bitirdiyimizi xatırlamıram. Ölkə xaricindəki turnirlərdə 9 futbolçu ilə oynasaq da, çox yaxşı çıxış edirdilər. Bu baxımdan çox məsafə qət etdik. Ümidvaram ki, sizlər də futboldan məmnun qaldınız. Gələcəkdə çox daha uğurlu olacağıq. Həm oyun, həm də nəticə baxmından. Mən bu sözü sizə verirəm.

- “Barselona”, “Qəbələ”, “Şaxtyor” və “Beşiktaş”ın yer aldığı qrup o biri qrupa nisbətən güclü hesab olunurdu. Ancaq finalda digər qrupun nümayəndələri çıxış edəcək...

- Dedim axı, futbolda bəzən belə şeylər olur. Siz yəqin ki matçların hamısını izlədiniz. “Barselona” da “Portu” ilə oyunda böyük şanssızlıq yaşadı. Qapıçı ilə qarşı-qarşıya qalsalar da, qol vura bilmədilər. Futbolda qol vura bilməyən uduzar. Biz “Barselona” final oynayacaq deyə düşünsək də, belə olmadı. Bu, futbolda normaldır. Barselonalılar bununla bir şey itirdimi? Yox. Gəlib çox gözəl turnirdə yaxşı komandalarla oynadılar. 3-4-cü də olsa, yenə “Barselona”dır.

- Gələn il hansı komandalara dəvət göndəriləcək?

- İtaliya və İngiltərədən komandaların gəlməsini istəyirəm. 

- Ad çəkməyəcəksiniz?

- Yox, ad verməyəcəm. Ötən il bir dostumuz məndən soruşmuşdu ki, niyə uğursuz çıxış etdiniz. Demişdim ki, biz yaxşı komandaları bura gətirəcəyik, bizimkilər də yaxşı oynasın. Bu turnir üçün daha yaxşı komandaları gətirəcəyimizi ona söyləmişdim. İnşallah, növbəti il bir az da daha güclü komandaları bura gətirəcəyik. Bizim uşaqların daha da irəli getməsi üçün çox güclü komandalarla qarşılaşmağımız lazımdır. Mən İtaliya və İngiltərədən komandaların iştirak etməsini istəyirəm. İnşallah, buna da nail olacağıq. Həmin komandalarla da başa-baş mübarizə aparacağıq.

- Səhv etmiriksə, “Yuventus” bura gəlməli idi, ancaq turnirə təqviminin sıxlığına görə gələ bilmədi...

- Ad çəkməyəcəm. Məndən hansı komandaların olacağı soruşuldu, mən də ölkələrini söylədim.

- Turnir iştirakçılarının səviyyəsi yaxşı olsa da, hakimlikdə deyəsən bir az problem var. Çünki “Bakı” olmayan penaltini “Beşiktaş”ın qapısına vurdu, az öncə sizin oyununuzdan sonra baş hakim qaydaları unutduğu üçün “Zenit”in penalti vurmasına icazə verdi. Növbəti il daha təcrübəli hakimləri bura dəvət etmək olmazmı?

- Onlar da insandır, onlar da xəta edə bilər. Bu, normaldır. Güman etmirəm ki, hansısa hakim bilərəkdən səhv etsin. Hakim gördüyünə görə fit çalır. Biz fərqli görürük, o fərqli. Səhv etməyən insan oğlu varmı? Futbol olduğu müddətdə futbolçular kimi, hakim səhvi də olacaq. Növbəti illərdə daha təcrübəli hakimlər bu turnirdə ola bilər. Problem yoxdur. Ancaq hakim səvləri futbol olduqca davam edəcək.

- Finalı Türkiyənin NTV Spor telekanalı da yayımlayacaq. Görəsən, Qəbələ nə edir ki, bu turnirə ölkə xaricindən də maraq var?

- Mən 5 ildir ki, burdayam. 5 il əvvəl bura gələndə Qəbələdə heç nə yox idi. Sağ olsun, prezidentimiz nə istəyiriksə, edir. Nəticədə meydançalar, yataqxanalar düzəldilib, Azərbaycandan istədiyimiz oyunçunu ala bilirik. Problemimiz yoxdur. Hazırda irəli gedirik, inkişaf edirik. Təbii ki, inkişaf etmək üçün də yaxşı komandaları bura gətirmək lazımdır. Prezidentimiz Tale Heydərov bizə böyük diqqət ayırır. İnanmıram ki, başqa ölkə “Barselona” kimi komandanı belə bir turnirə dəvət edə bilsin. Gətirə bilməz. “Portu”nu gətirmək mümkün deyil. Çünki Portuqaliya burdan çox uzaqdadır. Burda fədakarlıq edilir ki, inkişaf edək. Bizim illik planlarımız var. Gələcəkdə komandalar bu turnirə dəvət alanda görəcək ki, əvvəllər səviyyəli komandalar iştirak edib, belədə onlar da iştirak etməyə razılıq verəcək.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

Facebookdan bizi izləməyi unutmayın.
X