I divizionun II turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, daha bir Premyer Liqa hakimi aşağı liqaya göndərilib.
Belə ki, Ramil Diniyev bu həftə I divizionda fit çalacaq. Referi "Araz" - "Şəmkir" qarşılaşamasını idarə edəcək.
Qeyd edək ki, Diniyev ötən tur Premyer Liqada "Xəzər Lənkəran" - "Bakı" matçını idarə edib. AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"ın məşqçisi Emin Quliyevlə "Bakı"nın baş meneceri Zeynal Məmmədovu məhz hakimləri təhqir etdiyinə görə cəzalandırıb. "Bakı" isə iddianı qəbul etmir. Görünür, Hakimlər Komitəsi Diniyevi cəzalandırıb.
Anar Salmanov yenə I diviziona təyinat alıb. FİFA referisi ilk turda darmadağınla qələbə qazanan "Kəpəz"lə "Neftçala"nın Tovuzdakı oyununu idarə edəcək.
20 sentyabr
Kəpəz - Neftçala
Hakimlər: Anar Salmanov, Vüsal Qənbərov, Aleksandr Musatkin, Yusif Hüseynov.
Hakim-inspektor: Abdulla Məmmədov.
Gəncə şəhər stadionu. Saat 16.00.
21 sentyabr
Şahdağ - Energetik
Hakimlər: Mahir Məmmədov, Elman Kərimov, Elvin Ağayev, Qorxmaz Eldarov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
Şövkət Orduxanov adına Qusar şəhər stadionu. Saat 16.00.
Bakılı - Şuşa
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Vüqar Bayramov, Anar Göyçayski.
Hakim-inspektor: Tofiq Şükürov.
“Şəfa” stadionu, IV meydança. Saat 16.00.
MOİK - Mil-Muğan
Hakimlər: Ömər Paşayev, Roman Vasilyev, Rəvan Həmzəzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rafiq Pənahpur.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
22 sentyabr
Lokomotiv - Ağsu
Hakimlər: Ramil Əhmədov, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Aydınov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
Karvan - Qaradağ
Hakimlər: Ziya Nəsirov, Elxan Əsgərzadə, Tural Bayramov, Rəşad Əhmədov.
Hakim-inspektor: Əliyar Xanəliyev.
Yevlax şəhər stadionu. Saat 16.00.
Araz - Şəmkir
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elşən Acalov, Hacıəli Ağayev.
Hakim-inspektor: Qürbət Həsənov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu. Saat 16.00.
23 sentyabr
Göyəzən - Turan-T
Hakimlər: Ramiz Məhərrəmov, Habil Əliyev, Elşən Durmuşov, Etibar Həsənov.
Hakim-inspektor: Rəhman Tağıyev.
Qazax şəhər stadionu. Saat 16.00.