Topaz Premyer Liqasının 3-cü turunun bu gün keçiriləcək "İnter” – "Kəpəz” görüşünün hakim təyinatlarında dəyişiklik edilib.
Fanat.A xəbər verir ki, həmin qarşılaşmaya köməkçi hakim kimi təyinat alan Namiq Hüseynovu Vaqif Musayev əvəzləyib. Dəyişiklik barədə PFL-in rəsmi saytında məlumat yayılıb. Amma bu dəyişikliyin səbəbi açıqlanmlır.
Fanat.Az