İsrail milli komandasının baş məşqçisi Eli Qutman Azərbaycan milli komandası ilə sentyabrın 6-da keçirəcəklərinə ev oyununa böyük önəm verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Honduras yığması ilə sabahkı yoldaşlıq görüşü öncəsi keçirdikləri mətbuat konfransında komandasının həmin vaxt həm millimizlə, həm də 3 gün sonra Rusiya ilə matçda yalnız qələbəyə oynayacağını bildirib.
Qutman rusların qrupumuzdan 1-ci yerlə çıxacağına şübhə etmir: “Hesab edirəm ki, bizim pley-offa çıxmaq şansımız pis deyil. Əgər sentyabrda Azərbaycan yığmasına qalib gəlsək, onda Rusiyaya motivasiyalı və qələbə uğrunda mübarizəyə tam qətiyyətli oynayacağıq”.
Qeyd edək ki, millimiz cari seçmə mərhələyə İsraillə oyunla başlayaraq, 1:1 hesablı heç-heçə edib.
İdman24.az