Topaz Premyer Liqasının VII turu çərçivəsində AZAL klubunun qonağı olacaq "Xəzər Lənkəran" Bakıdakı hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, artıq iki gündü ki, "Bayıl Arena"da məşqlərini keçirən cənublular bu gün səhər məşqi ilə adıçəkilən arenadakı hazırlığını tamamlayıb.
Komanda tam heyətlə məşq edə bilmir. Belə ki, Adrian Skarlatake hələ ki, komanda ilə birgə məşqlərə qatılmır. Rumın müdafiəçi fərdi olaraq məşqlərini davam etdirir. Sabah matçın keçirələcəyi "AZAL Arena"da "Xəzər Lənkəran" oyunöncəsi son məşqinə çıxacaq.