Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib. Fanat.Az xəbər verir ki, klub Topaz Premyer Liqasının IV turunda keçirilməli olan AZAL - “Qarabağ” görüşünün vaxtının və yerinin dəyişdirilməsini istəyib.
AZAL-ın da razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib:
- Topaz Premyer Liqasının IV turunun AZAL - “Qarabağ” oyunu “Qarabağ” - AZAL oyunu kimi qeydə alınsın və matç 10.09.2016-cı il tarixdə deyil, 09.09.2016-cı il tarixdə “Əlincə Arena”da keçirilsin.
- Klublar arasında baş tutacaq X turun oyunu AZAL - “Qarabağ” matçı kimi göstərilsin.
Fanat.Az