"Barselona"da 106 günlük həsrət sona çatıb. Fanat.Az xəbər verir ki, Amerika Kuboku və Olimpiya Oyunları səbəbindən komandadan uzaq qalan Neymar artıq kollektiv məşqlərə başlayıb.
Neymarın dönühü ilə ehtiyatda qalmaq təhlükəsi ilə üzləşən Arda Turan üçün başqa bir şans yaranıb. Belə ki, Argentina millisinin heyətində zədələnən Lionel Messinin "Alaveş" matçında meydana çıxmayacağı və onun yerinə Ardanın oynayacağı deyilir. Məlumata görə, baş məşqçi Luis Enrike hücum xəttində Neymar-Suares-Arda "trio"sunu oynadacaq.
Fanat.Az