16:37 20.09.2016 621

AZAL Tərlan Əhmədovla bağlı qərar verdi - MÜSAHİBƏ

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun "Report"a müsahibə verib. Fanat.Az onun fikirlərini təqdim edir.

- Azərbaycan Premyer Liqasında 5 turdan sonra AZAL cəmi 1 xalla sonuncu pillədə qərarlaşıb. Vəziyyəti necə dəyərləndirirsiniz?
- Ötən mövsüm də V turdan sonra nə xal qazanmış, nə də qol vurmuşduq. Bu il də elə başladıq. Komandanın liderlərindən Rail Məlikov, Stanislav Namaşko və Murad Səttarlı ayrıldı. Onların yerini doldurmaq çətindir. Amma baş məşqçimiz Tərlan Əhmədov komandanın vəziyyətini yaxşılığa doğru dəyişdirməkdədir. "Qəbələ" və "Qarabağ"la son oyunlar göstərdi ki, müdafiədə bir qədər zəiflik var. Unutmamalıyıq ki, hər iki rəqib oturuşmuş komandadır və onlarla oynamaq çətindir. Bu rəqiblər yaxşı futbol nümayiş etdirir. Biz də gənc komandayıq. Düşünürəm ki, Tərlan müəllim komandanı tezliklə optimal formaya yaxınlaşdıracaq. İlk qələbəmizi də "İnter"lə oyunda əldə edəcəyik.

- Ancaq Tərlan Əhmədov sentyabrın 24-də "İnter"lə keçirəcəyiniz oyundan sonra istefa vermək niyyətindədir. "Qəbələ"yə 0:3 hesabı ilə uduzduğunuz görüşdən sonra buna işarə vurub...
- Ola bilər ki, bu söz isti başla deyilib. Hər məşqçi istəyər ki, yaxşı komandası olsun. Uduzmaq olar, amma oyun göstərməyəndə, futbolçular gözləniləni verməyəndə çətin olur. Yəni ki, bunlar Tərlan müəllimin belə danışmağına səbəb olub. Bu gün baş məşqçimizlə görüşdük. Söhbət etdik və hər şey normaldır. Onunla yola davam edəcəyik. Tərlan Əhmədov gözəl məşqçidir. Ümid edirik ki, komanda yaxşı formaya düşəcək. "İnter"lə oyundan öncə də iclasımız olacaq. İnanıram ki, hər şey müsbət sonluqla nəticələnəcək.

- Deyəsən, bu gün futbolçularla bir süfrə arxasında bir araya gəlmisiniz. Komanda üzvləri sosial şəbəkələrdə belə şəkillər paylaşıb...
- Xəbərim yoxdur. Ola bilər ki, Tərlan müəllim komandanın əhval-ruhiyyəsini yüksəltmək üçün belə bir addım atıb. Son vaxtlar futbolçular komandamızdan ayrıldı, çətinlik çəkirik. İnanıram ki, vəziyyət düzələcək və ev oyununda ilk qələbəmizi qazanacağıq. Fürsətdən istifadə edərək, hamınızı "İnter"lə oyunda "AZAL Arena"ya dəvət edirəm. Tam fərqli bir komanda - ötən mövsümdəki AZAL-ı görəcəksiniz. Komandamızın dönüş nöqtəsi "İnter"lə oyun olacaq.

- Yay transfer dövründə komandaya səviyyəli futbolçu ala bilmədiyinizi dediniz. Olmazmı ki, heyətə azad agent statuslu oyunçular dəvət edəsiniz?
- Düzü, bunu etmək istəyirdik. Amma alınmadı.

- Əksinə, Seymur Əsədovu da əldən buraxdınız...
- Belə alındı. Bir az formada deyildi, buraxmalı olduq. Əməliyyat olunduqdan sonra komandaya qoşuldu. Təlim-məşq toplanışlarında, yoldaşlıq oyunlarında özünü yaxşı tərəfdən göstərmədi. Bu səbəbdən baş məşqçimiz ondan imtina etdi.

- Azad agent kimi hansı futbolçunu gətirmək istəyirdiniz?
- Elə bir futbolçu yox idi. Axtarırdıq, istəyirdik. Amma tapa bilmədik. Bəzilərinin də qiyməti baha olduğundan, büdcəmizə uyğun gəlmirdi.

- Büdcədən söz düşmüşkən, 150 minlik büdcə ilə nə etmək olar? Bu heç divizion klubunun büdcəsi qədər deyil. Belə çıxır ki, göz görə-görə aşağı dəstəyə doğru gedirsiniz...
- Bizim büdcəmiz belədir. Ümid edirik ki, gələn il başqa cür olar. Premyer Liqada qalsaq, bu iş belə davam edə bilməz.

- Qışda büdcənin artırılması mümkündür?
- Mümkündür. Ola bilsin ki, rəhbərliklə görüşüb komandaya 2-3 futbolçu götürək. Tərlan müəllimlə də görüşdə bu barədə söhbət etmişik. Qışda transfer çətin olur, amma etməliyik. Hər mövqeyə bir oyunçu götürüb, boşluqları doldura bilərik.

- Qolunda şiş aşkarlanan keçmiş futbolçunuz Rüfət Musayevlə bağlı nə yenilik var? Vəziyyəti necədir?
- Hazırda vəziyyət normaldır. Əlaqə saxlayırıq, əlimizdən gələn köməkliyi edirik. Ümid edirik ki, yaxşı olacaq. Əsas bu xəstəlikdən xilas olsun.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X