Topaz Premyer Liqasının 2016/17 mövsümündə sarı vərəqə limitinə görə oyun buraxacaq ilk futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, mövsümün ilk bəxtsizi "Kəpəz"dən Serjio Kosta olacaq.
Portuqaliyalı futbolçu sarı vərəqə limitini "Qarabağ"la oyunda doldurub. Matçın 31-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə hakimin qəzəbinə tuş gələn futbolçu 4-cü sarını alıb. Bu səbəbdən o, VII turun "Neftçi" ilə oyununu barxacaq.
Qeyd edək ki, Serjio bundan əvvəl "İnter", "Zirə" və "Sumqayıt" matçlarında sarı vərəqə almışdı.
Fanat.Az