22:10 29.09.2016 610

"Futbolçularım qladiator kimi döyüşdülər" - Roman Qriqorçuk

"Rəqib bütün komponentlərdə bizdən üstün idi. Onlarla bizim səviyyəmiz fərqlidir. Mən futbolçularla da bu barədə danışmışam. Çalışacağıq ki, belə rəqiblə bir yerdə olaq və onlar kimi oynayaq. Futbolçularım qladiator kimi döyüşdülər".


Bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "C" qrupunda Almaniyanın "Maynts" klubu ilə keçirilmiş oyundan sonra baş tutmuş mətbuat konfransında deyib.


Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:


- Rəqibin heyətində iki dəyişiklik oldu. Ehtiyat oyunçular skamyasına baxıb heç nə demədiniz?

- Rəqib komplektləşmiş komandadır. Əvəzetmələrdən sonra oyun sürətləndi. Bu da onların gücündən xəbər verir və nəticə olaraq hesabın dəyişməsinə səbəb oldu. Bu səviyyədə oynamaq üçün bir komanda kimi komplektləşməliyik. Məğlubiyyət xoş hiss deyil, amma öyrənməliyik.


- Almaniya və Azərbaycan çempionatının fərqi göz qabağındadır. Rəqibə nədə uduzdunuz? Çempionatın səviyyəsində, yoxsa əvəzetmədə?

- Tam fərqli səviyyələrdir. Özünüz də o klubların büdcəsini bilirsiniz. Onların səviyyəsinə diqqətlə baxmaq lazımdır. Seleksiya işləri də fərqlidir. Belə sualların tərəfdarıyam. Digər tərəfdən də bu cür sualların verilməsi yaxşıdır ki, hər şey açıqlansın.


- Bildirdiniz ki, "futbolçularım qladiator kimi mübarizə aparırdı". Amma bu sözü yalnız Baqali Daboya aid etmək olar. Çünki o, 90 dəqiqə işləyirdi. Premyer Liqada müdafiəsi ilə seçilən "Qəbələ" bu gün müdafiənin səhvindən 3 qol gördü. Razısınız ki, müdafiə xətti etimadı doğrultmadı?

- Qol vurulursa, deməli səhv var. Biz adətən müdafiə olunanda komanda şəklində bunu edirik. Kimisə günahlandırmaq istəmirəm. Çünki onlar sürətli hərəkət edirlər və onlara qarşı çətindir. Deyə bilərəm ki, Filip hər bir oyunçudan daha çox qaçıb. Həmçinin də Dabo elədir. Bu da o deməkdir ki, biz düzgün oyunçular seçmişik. Mən öz oyunçularımla fəxr edirəm.


- Teo Uikslə Nika Kvekveskili olsa idi, fərqli nəsə olardı?

- İstənilən oyunçunun yoxluğu bizim üçün böyük itkidir. Avropa Liqasında heyət güclü olmalıdır. Bu gün Teo və Nikanın yoxluğuna görə, Vernidubu dayaq yarımmüdafiəçisi mövqeyində oynatdım. Əlbəttə həmin oyunçular olsa idi, fərqli bir şey olardı.


- Ot örtüyünə görə taktiki dəyişikliklər edə biləcəyinizi demişdiniz. Buna ehtiyac oldu?

- Meydança çox yaxşı idi. Əməkdaşlar yaxşı işləyib. Yağış yağdıqca oyun daha çox sürətlənirdi və sanki üzərimizə rəqib tərəfdən tayfun gəlirdi. Sonda "Qarabağ"a daha yaxşı nəticə arzulayıram.("Report")


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

Facebookdan bizi izləməyi unutmayın.
X