22:14 29.09.2016 544

"Qəbələ" ilk hissədəki imkanları dəyərləndirə bilmədi"

"Çətin oyun idi. Rəqib əks-hücumda yaxşı çıxış edirdi. İlk hissədə imkan oldu, amma "Qəbələ" bunu dəyərləndirə bilmədi. İkinci hissədə isə lazım olan qolu vura bildik".


Bunu Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının "C" qrupunda "Qəbələ" ilə Bakıda keçirilmiş oyundan sonra baş tutmuş mətbuat konfransında deyib.


Baş məşqçi oyun haqda bunları bildirib: "Fasilədə komandama "Qəbələ"nin ikinci hissədə artıracağını bildirdim. Yunus Mallının imkanı vardı, dəyərləndirə bilmədi. Penalti epizodu və müdafiədə səhv hesabı bizim əleyhimizə çevirdi. Bundan sonra əvəzetmə etdim və hər iki futbolçu qol vurdu. Fikrimcə layiqli qələbə idi. Oyun hər iki tərəfə gedib-gəldi. "Maynts"ın oyunları bu rejimdə gedir. Gərək daha sakit oyun oynayaq. Bu Avropa Liqasında rəqib meydanında ilk qələbəmiz idi. İki oyundan 4 xalımız var. Bu şəkildə davam etməliyik. Dekabrda "Qəbələ"ni Almaniyada gözləyirik. Hava bir az soyuq olacaq, amma düşünürəm ki, oyun maraqlı keçəcək".


Daha sonra Şmidt jurnalistlərin suallarını cavablandırıb:


- Yağışdan sonra meydanın və hesabda geri düşəndə komandanın vəziyyəti necədir?

- Qollar iki fərdi səhvdən vuruldu. Müdafiənin kobud səhvi qolla nəticələndi. Yağış amili vardı, amma komanda fiziki və psixoloji baxımdan çox yaxşı vəziyyətdədir.


- Bu gün meydanda təhlil etdiyiniz "Qəbələ" vardı, yoxsa fərqli idi?

- Rəqibi yaxşı təhlil etmişdik. Sürətli əks-hücumdan, xüsusilə Dabodan çox istifadə edirdilər. Sürprizlə qarşılaşdığım məqam ilk dəqiqələrdən hücuma çıxmaları, təzyiq etmələri oldu. Bizə ilk dəqiqələrdə çətinlik yaratdılar.


- Keçmiş oyunlarla müqayisədə fərqli futbolçulara şans verdiniz...

- Qollara imza atan iki futbolçuya oyunun əvvəlində istirahət verdim. Düşündüm ki, oyuna əvəzetmədən daxil olsalar, komandanın performansını artıracaqlar. Rəqibin uzun və fiziki güclü müdafiəçilərinə baxmayaraq qol vurmağı bacardılar.


- Baş məşqçi kimi Dabonun transferi üçün nə qədər ödəyərsiniz?

- Təhlil zamanı Dabonu yaxşı izləmişik. Mərkəz hücumçu olaraq birəbir yaxşı top saxlayır və müdafiəyə çətin anlar yaradır. Transfer qiymətinə gəlincə, bunu idman direktorumuzdan soruşsanız daha yaxşı olar. Onu topla təmin edən komanda yoldaşlarından asılı olaraq hücumçu daha yaxşı nəticə göstərəcək.


- Komandanın bugünkü oyununda geri dönüşlər və geri düşmələr gələcək oyunlarda necə təsir göstərəcək?

- Biz hələ öz optimal oyunumuzu tapmamışıq. 18 gündə 6 oyun oynadığımızı nəzərə alsaq, bu, təsir edir. Növbəti iki həftəni maksimum dəyərləndirməyə çalışacağıq ki, oyunçular bərpa olunsun.


Sonda baş məşqçi Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığını bildirib.("Report")


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

Facebookdan bizi izləməyi unutmayın.
X