22:12 02.10.2016 662

"Bu oyun bizim üçün çempionluq yarışında çox önəmli idi" - Tale Heydərov

Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, VII turun son oyununda "Qəbələ" "Qarabağ"ı qəbul edib. Görüşdə 2:0 hesabı ilə qalib gələn meydan sahibləri zirvədəki yerlərini qoruyublar. 


Oyundan sonra "Qəbələ"nin prezidenti Tale Heydərov fikirlərini bildirib. Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə klub rəhbəri bunları deyib.


- Bugünkü oyun bizim üçün çempionluq yarışında çox önəmli idi. Gördüyünüz kimi meydanda da əsl savaş gedirdi.


- “Qəbələ” çempionluq uğrunda əsas rəqiblərində birini məğlub etdi. İndidən çempionluq haqqında fikirləşmək olar?

- Əsas olan qələbə idi, onu da əldə etdik. Bu qələbə bizi məqsədimizə doğru aparır. Bu yolda əsas rəqibimiz “Qarabağ”dı. Amma qarşıda çox oyunlar var, indidən çempionluq haqda danışmaq tezdi.


- Hər iki komanda 3 gün əvvəl avrokubok matçı keçirib. Sizcə, bu, oyunda təsirini göstərdimi?

- “Qəbələ” və “Qarabağ” bu gün avrokuboklardakı ağır oyunlardan sonra üz-üzə gəlirdi. Bu da təsirini göstərirdi. Ola bilər ki, futbolçularda bir az yorğunluq var idi. Amma oyunçular çox əzmlə mübarizə apardı.


- “Qəbələ”nin azarkeş problemini aradan qaldırmaq üçün nə kimi işlər görülür?

- Bu, təkcə “Qəbələ”yə yox, bütün azarkeşlərə aiddi. Məncə, çoxlu təbliğat aparılmalıdı. Azarkeşlər hətta oyun başa çatdıqdan sonra futbolçuların meydanı tərk etməsinə kimi gözləməlidi.

 

- “Qəbələ”nin növbəti mövsüm avrokubok oyunlarını doğma meydanın keçirə bilməsi üçün işlər aparılacaqmı? 

- Bəli, belə planımız var. İstəyirik ki, stadionu bu tələblərə uyğun təmin edək. Ümid edirəm, növbəti mövsüm üçün bunu edəcəyik. 


- “Qarabağ”ın çempionluq uğurunda əsas rəqibiniz olduğunu bildirdiniz. Bunu digər komandalara yuxarıdan aşağı baxmaq kimi dəyərləndirmirsiniz?

- Başqa güclü komandalar da var, çempionatda güclü mübarizə gedir. Amma “Qarabağ” artıq neçə ildi ki, çempion olub, bizim kimi avroliqanın qrup mərhələsinə yüksəlir. Məhz buna görə onları əsas rəqibimiz sayırıq. Buna baxmayaraq, digər komandalara da hörmətlə yanaşırıq. Bütün matçlara qələbə qazanmaq üçün çıxırıq. Məhz belə olduqda çempionluğu təmin edə bilərik.


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

Facebookdan bizi izləməyi unutmayın.
X