10:41 07.10.2016 695

"Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...

Etibar Cəbrayıloğlu


Bizi həmişə şair xalq kimi tanıyıblar. Heç görmədim kimsə desin ki, Azərbaycan xalqı futbol oynayan xalqdı. Yəqin heç sizin də rastınıza çıxmayıb. Hətta Kamran Ağayevin Portuqaliya çempionatında penalti qaytarması da çətin ki, dünyanın bizə qarşı fikrini dəyişə.


O qədər şair xalqıq ki, tək günlər bəstəkar, cüt günlər müğənni olan Elza Seyidcahan da şeir yazır.


Bir əlim qabağımda,

Bir əlim dalımda...


Ötən gün Elza xanımın bu yeni şedevri ilə tanış olanda öskürmək məni necə tutdusa, az qaldılar üstümə “Təcili yardım" briqadası çağıralar. Şair xalqın yetirməsi kimi ömür sürməyin belə çətinlikləri olmaya da... Yoxsa bir para adamlar başlayıblar “xalq komandası", nə bilim, daha nələr... Ramil Diniyevin “Beloçka"dan qiymətli fitinə and olsun, adam tanıyıram ki, oğlu əmək təlimindən “4" alan gün axşam restoranda 70 nəfərlik qonaqlıq təşkil edir, məclisdə 84 nəfər bəs deyincə yeyib-içir. Amma necə olur ki, “Xalq komandası" futbol oynayanda stadionda 14 tamaşaçı gözə dəyir?


Cəmi 8 klubun top qovduğu çempionatda “Neftçi"nin işləri heç yaxşı getmir, komanda turnir cədvəlinin zirzəmisindən çıxmağa çalışır. Zirzəmidən aşağıda isə lap dərin zirzəmi - 1-ci divizion var. AFFA və PFL “Neftçi"nin həmin dərin zirzəmiyə düşməsini istəmirlər. Ağlınıza dərhal başqa fikir gəlməsin, “Neftçi" üçün ürəkləri yanmır e, sadəcə... 1-ci divizion dediyimiz yarışda SOCAR-ın o qədər komandası var ki, növbəti mövsümdən “Neftçi"də onlara qarışsa, basırıq olacaq. Lap aşağı divizion nöyüt iyi verəcək. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, indi hakimlərə də açıq-gizli tapşırıq verə bilmirlər. Zəmanə yaman xarab olub, hakimə bir şey pıçıldayan, göz-qaş atan kimi mətbuat aləmi qatır, referiləri bir həftə tənqid edirlər. Sonda nə olur? Heç nə, onda da Hakimlər Komitəsinə başçılıq edən Xaqani Məmmədovun işçiləri nöyüt iyi verir.


Ona görə də futbolumuzun başbilənləri gecə-gündüz, şənbə-bazar bilmədən baş sındırılar, “Neftçi"ni bu durumdan xilas etmək üçün yollar arayırlar. Klubun idarəçiləri isə baş sındıra bilmirlər, çünki mövsümün siftəsindən başları ağrıyır. Müşahidə Şurasının hörmətli sədri Çingiz Abdullayev doğma ana dilimizdə tərtəmiz deyir ki, druzya, mən yazıçıyam, işim-peşəm mövzu axtarmaq, cümlə qurmaqdı. Baş məşqçi, futbolçu axtarmaq, problemlərdən çıxış yolu tapmaq mənlik deyil. Müşahidə Şurasının digər rəsmiləri də deyirlər ki, günah oyunçuların özlərindədi, əvvəllər yenə maşınla piyada vururdular, “Neftçi"nin adını belə hadisələrdə reklam edirdilər. İndi nə qol vura bilirlər, nə də adam...


“Kəpəz"i məğlub edəndən sonra görəsən klubda işlər qaydasında gedəcəkmi? Bu sualın cavabını tapmaq ölkə kubokuna sponsor tapmaq kimi xeyli çətin məsələdi. Çempionatda yaranan fasilədən sonra klub düzəlsə nə yaxşı, düzəlməsə... Düzəlməsə, “Neftçi" öz əzəli rəqibinə çatacaq, “Xəzər Lənkəran" kimi dağılıb gedəcək. Klubun 14 azarkeşi də meyxana fikirləşməyə, şeir yazmağa məcbur olacaq.


“Xalq komandasının" tərəfdarları qoşulacaqlar şair xalqın sıralarına...


"Het-trik news" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

18:03

MPL: "Zirə" "Sabah"ı, "Turan Tovuz" "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı yenir - YENİLƏNİR

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X