Bu gün Topaz Premyer Liqasında X tur start götürüb. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki oyun keçirilib. Çempionluğa əsas namizədlər - “Qəbələ” ilə “Qarabağ” birinci dövrədə böyük hesabla məğlub etdikləri “Neftçi” və AZAL-ı sınağa çəkiblər.
İlk dövrədə "Neftçi"ni 8 cavabsız qolla məğlub edən "Qəbələ" bu dəfə də rəqibini darmadağın edib - 4:1. "Qarabağ" isə AZAl-ı bir qolla üstələyib.
Topaz Premyer Liqası
X tur
29 oktyabr
15:00 “Qəbələ” – “Neftçi” 4:1
Qol: Sergey Zenyov, 12; 59; Asif Məmmədov, 62. Rəşad Eyubov, 77 - Araz Abdullayev, 49
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
İlk oyun – 8:0
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 30. Petar Franyiç
Baş məşqçi: Roman Qriqorçuk
“Neftçi”: 33. Boban Baykoviç, 3. Jairo Rodriges, 6. Vançe Şikov, 10. Cavid İmamverdiyev (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Eltun Yaqublu, 30. Dario Melnyak, 80. Edson Kastilyo, 95. Elvin Bədəlov, 99. Denilson Pereyra
Ehtiyat oyunçular: 1. Krşevan Santini, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov, 90. Jonas Pessalli
Baş məşqçi: Elxan Abdullayev
17:00 AZAL – “Qarabağ” 0:1
Qol: Muarem Muarem, 63
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”
İlk dövrə: 0:6
№ | Klub | O | Q | H/H | M | T/F | X | |
1 | Qəbələ | 10 | 7 | 3 | 0 | 26:1 | 24 | |
2 | Qarabağ | 10 | 7 | 1 | 2 | 21:5 | 22 | |
3 | İnter | 9 | 4 | 5 | 0 | 13:8 | 17 | |
4 | Kəpəz | 9 | 2 | 5 | 2 | 7:8 | 11 | |
5 | Zirə | 9 | 3 | 2 | 4 | 8:10 | 11 | |
6 | Sumqayıt | 9 | 2 | 3 | 4 | 8:14 | 9 | |
7 | Neftçi | 10 | 2 | 0 | 8 | 7:24 | 6 | |
8 | AZAL | 10 | 0 | 3 | 7 | 4:21 | 3 | |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |