13:09 31.10.2016 765

Malayziyaya kimlər pas atır? - I diviziondakı qumar düzəni

Yazının başlığı bizim təxəyyülümüzün məhsulu deyil. Bu, futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən futbolçular arasında geniş yayılmış bir zarafatdır.


Adətən, futbolçular hansısa oyunu uduzduqdan sonra bu atmacadan istifadə edirlər: “Mən topu yandımdakına verirəm, o da qabağa göndərmək əvəzinə Malayziya pas atır”.


Əslində, bu şən zarafatın altında acı bir həqiqət gizlənir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da I divizion matçları qumarın ağuşundadır. İllərdir dönən bu çarx ətrafında dolananları dolandırır, dəyirmandan gələn tıqqıltıya göz yumanları da doyuzdurur.


Futbol matçlarının qumara qoyulması bu oyunun oynandığı hər yerdə var. İngiltərə Premyer Liqasından tutmuş, Anqola birinciliyinə qədər. Əsasən də, Malayziyada, Sinqapurda fəaliyyət göstərən kontorlara pul qoyuluşları edilir. Sadəcə, ustalıq söhbəti var. Liqanın səviyyəsi nə qədər yüksəkdirsə, orada matçların taleyini həll edənlərin aktyorluq bacarığı daha püxtələşib - federasiyadan, klub idarəçilərindən, hakimindən tutmuş, futbolçusuna qədər...


Azərbaycanda futbolun səviyyəsi ilə qumar düzəni bir-birinə təndir. Bizimkilər hələ naşıdır - futbolu necə oynayırlarsa, danışılmış oyunları da bir o qədər keyfiyyətsiz “səhnləşdirirlər”.


I divizion - məqsədi, məramı olmayan bir birincilikdir. Təsadüfi deyil, son iki mövsümdə yarışın qalibi olan “Neftçala” Premyer Liqaya buraxılmadı. Turnir cədvəlində hansı pilləni tutmağın heç bir önəm daşımayan bir çempionatın iştirakçıları hər zaman qumara açıqdırlar. Üstəlik, həmin klublar səfalət içindədirlərsə, matçları qumara qoyub pul qazanmaq deyil, qazanamamaq günah olar...


I divizion təmsilçiləri arasında 2 klubun daha “peşəkar” olduğu söylənilir - “Bakılı” və “Şərurspor”. Xüsusən də, Misir Əbilovun sahibi olduğu “Bakılı” barədə xeyli söz-söhbətlər olub.  


Məsələn, ötən mövsüm keçirilən “Bakılı” - “Göyəzən” qarşılaşmasında ilk yarının qonaqların minimal hesablı üstünlüyü, oyunun isə “Bakılı”nın xeyrinə başa çatacağını futbolinfo.az saytı əvvəlcədən yazmışdı (0:1, 2:1). Nəticə? AFFA “sübut yoxdur” deyib, dəftəri bağladı.  Bu da həmin görüşün icmalı:



Həmçinin, ötən mövsüm baş tutan “Şərurspor” – “Göyəzən” matçının nəticəsi də hər kəs tərəfindən şübhə ilə qarşılandı. Hər halda, Qazax klubunun öz gücünə Bakıda rəqibini 3 cavabsız qolla üstələməsinə uşaq da inanmaz. Bu isə həmin matçın qollarıdır:



“Göyəzən”nin adını tez-tez hallandırmağımız qəribə görünürsə, izahat verək. İş ondadır ki, illərdir I divizionda 2 aşkar autsayder var – “Energetik” və “Göyəzən”. Bu klubların qələbə əmsalı da bu üzdən yüksək olur. Ona görə də, kimin nə işi varsa, Qazax və Mingəçevir klubları ilə oyunlara saxlayırlar.


Elə cari mövsümdə baş tutan “Göyəzən” - “Şahdağ” oyunu da buna bariz nümunədir ki, bu barədə də yazı yazmışdıq. 1:1 hesabı ilə yekunlaşan görüşdə vurulan qollar kifayət qədər şübhəlidir:


Autsayderə uduzmağa öncədən pul qoymaqla yanaşı, matçların bol qollu keçəcəyinə yatırım edilməsi də geniş yayılıb. Təsadüfi deyil ki, I divizion matçlarında “qol yağışına”  tez-tez rast gəlirik.


Rəqiblərindən aşkar zəif olan “Energetik”lə “Göyəzən”in 5-6 qol fərqi ilə uduzması başa düşüləndi. Amma məsələn, “Şərurspor” – “Bakılı” (5:0), “Rəvan” – “Zaqatala” (1:5), “Bakılı” – “Zaqatala”  (3:6), MOİK – “Şahdağ” (6:0), “Bakılı” – “Turan Tovuz” (0:7) kimi matçlarda qeydə alınan hesablar şübhə doğurur. Təsəvvür edin, cari çempionatda “Bakılı”nın iştirakı ilə keçirilən 8 oyundan 4-də (!) 5 qol, 1 matçda 9, başqa bir görüşdə isə 7 qol qeydə alınıb. Digər 2 dueldən birində hesab açılmayıb, o birində 3 qol vurulub.


Elə ötən mövsüm də oxşar mənzərə olub: “Bakılı” – “Energetik” 7:1, “Ağsu” – “Bakılı” 7:1, “Bakılı” – “Turan Tovuz” 1:8...


Başa düşürük, futbol matçları bütün dünyada qumara qoyulur. I diviziondakı qumar düzəninin, örtülü bazarın dostluğu pozmadığının, əksinə möhkəmləndirdiyinin də fərqindəyik. Ancaq hər şeyin də bir həddi var...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

Facebookdan bizi izləməyi unutmayın.
X