Topaz Premyer Liqasında XII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, çempionatın liderləri və Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ”la “Qəbələ” turun son günündə meydana çıxıb.
"Qəbələ" vahid liderliyiini qorumaq üçün AZAL üzərində qələbə qazanmalı idi. Avropa Liqasının son oyununda "Sent-Etyen"ə yenilən "qırmızı-qaralar" bu vəzifənin öhdəsindən gələ bilməyib. 1-ci və sonuncu pillənin sahiblərinin matçında hesab açılmayıb - 0:0.
Son 3 mövsümün çempionu “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı “Zirə”nin qonağı olub. Ardıcıl 3 qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu seriyanı 4-ə çatdırıb. Hesabı 69-cü dəqiqədə Dani Kintana açıb. 79-cu dəqiqədə Elvin Yunuszadə matçın yekun nəticəsini müəyyənləşdirib - 2:0. Bununla da "Qarabağ" "Qəbələ" ilə xal fərqini aradan qaldıraraq turnir cədvəlinin zirvəsində ikihakimiyyətlilik yaradıb.
Beləliklə, millinin Şimali İrlandiya ilə oyununa görə Premyer Liqada fasilə yaranıb. Fasilə noyabrın 19-da başa çatacaq.
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Neftçi" "İnter"i 2:1 hesabı ilə yenib, "Kəpəz" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 0:0.
Topaz Premyer Liqası
2016/17 mövsümü
II dövrə, XI tur
6 noyabr
AZAL - Qəbələ 0:0
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 15. Brayn Fok, 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 17. Rəşad Abdullayev, 4. Qvanzav Maqomedov, 9. Röyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 12. Mahsun Qənbərli, 18. Ruslan Əmircanov, 36. Renat Aşurov, 11.Ruslan Nəsirli, 21. David Canelidze, 95. Şirməmməd Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
Zirə - Qarabağ 0:2
Qollar: Dani Kintana, 69. Elvin Yunuszadə, 79.
Zirə: 1. Anar Nəzirov (k), 13. Aleksandr Şemonayev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 55. Cəmil Hacıyev, 77. Yamin Ağakərimzadə.
Baş məşqçi: Adil Şükürov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu.
№ | Klub | O | Q | H/H | M | T/F | X | |
1 | Qəbələ | 11 | 7 | 4 | 0 | 26:4 | 25 | |
2 | Qarabağ | 11 | 8 | 1 | 2 | 23:5 | 25 | |
3 | İnter | 11 | 5 | 5 | 1 | 17:11 | 20 | |
4 | Zirə | 11 | 4 | 2 | 5 | 10:12 | 14 | |
5 | Kəpəz | 11 | 2 | 6 | 3 | 7:10 | 12 | |
6 | Sumqayıt | 11 | 2 | 4 | 5 | 9:17 | 10 | |
7 | Neftçi | 11 | 3 | 0 | 8 | 9:25 | 9 | |
8 | AZAL | 11 | 0 | 4 | 7 | 4:21 | 4 | |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az