15:30 07.11.2016 617

“Şahdağ”da müəmmalı olaylar: "Azenco" klubdan imtina edib?

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən klubların maddi durumlarının faciəvi olması yeni xəbər deyil. Aşağı dəstə təmsilçiləri illərdi qəpiyi qəpiyə calayıb, başlarını saxlayırlar. “Şahdağ” da həmin klublardan biridir. Lakin cari mövsümdə Qusar klubunda qəribə hallar baş verir, hansı ki, məntiqli izah tapmaqda çətinlik çəkirik.

“Şahdağ”la bağlı əsas diqqət çəkən məqam komandanın 2016/2017-ci il mövsümü üçün sifariş etdiyi heyətdir. Baş məşqçi Adil Mahmudov 8 əcnəbi futbolçunu  komandaya cəlb edib ki, bu, nəinki Qusar təmsilçisi, ümumilikdə I divizion üçün anormal haldır. Təsəvvür edin, 14 aşağı dəstə klubu ümumilikdə 19 legioner sifariş edib ki, onlarında 8-i qusarlıların payına düşür: Tofik Şafiyev, Arsen Korçayev, Maqomedsaid Maqomedov (Rusiya), Uçe Çukunyere, Viktor Emenayo, Patrik Sani (Nigeriya), Nami Masud, Ziai Seyedhosseyn (İran).

Əslinə, 8 və ya daha çox legioner götürmək istənilən klubun daxili işidir, buna kimsə qarışa bilməz. Adama deyərlər ki, pulum var, özüm bilərəm. Lakin “Şahdağ”la bağlı vəziyyət fərqlidir. Daha doğrusu, müəmmalıdır.

Əvvəla, Qusar klubunda ciddi maliyyə sıxıntısı var. Dünən “Şahdağ”ın mətbuat katibi Xanbaba Daşdi vəzifəsindən istefa verib. O, komandanın uğrusuz çıxışına və maaşa görə getdiyini açıqlayıb. Klub bu şəxsə aylıq 150-250 manat maaş söz veribmiş, lakin 2 ay işlədiyimi müddətdə cəmi 30 manat alıb...

Burdan məlum olur ki, “Şahdağ” pulu olduğu üçün 8 əcnəbi sifariş etməyib. Burda başqa nüans var. Məsələn, iranlılarla bağlı fırıldağı artıq bütün futbol ictimaiyyəti bilir. Cənubluların əsgərlikdən möhlət almaq üçün 10 min manat müqabilində adlarını Azərbaycan klublarının iştirak ərizəsinə saldırdığını rəsmi şəxslərlə qeyri-rəsmi söhbətlərdə eşitmişik. Çox güman ki, Qusar klubu da iranlıların hərəsində 10 min alıb, heyətə salıb. Digərlərinə gəlincə, onların da bir əmması var, hər halda.

Çünki digər şübhəli məqam Mahmudovun sözügedən 8 legionerin əksəriyyətinin xidmətindən yararlanmamasıdır. Məsələn, “Şahdağ”ın sonuncu turda  “Səbail”ə 1:5 hesabı ilə uduzduğu görüşdə həmin yadellilərdən yalnız 2-si iştirak edib: Tofik Şafiyev “11-lik”də yer alıb, Maqomedsaid Maqomedov isə 78-ci dəqiqədə oyuna qoşulub.

Ümumiyyətlə, “Şahdağ” 8 əcnəbidən yalnız Viktor Emenayonun xeyrini görüb. Nigeriyalı geridə qalan 9 tur ərzində 3 dəfə fərqlənib. Digər legionerlərin isə peşəkar futbolçu olmaları inandırcı görünmür...

Kluba uzun illərdir “Azenco” şirkəti sponsorluq edir ki, onların da imkanları məhduddur. Əldə etdiyimiz məlumata görə, sözügedən şirkət cari mövsüm üçün kluba aylıq 12 min manat büdcə söz verib.  Lakin həmin pulun ödənilməsində də problem var.  Daha doğrusu, “Azenco” rəsmiləri klubda dönən oyunlardan xəbər tutublar, ona görə də artıq sponsorluqda maraqlı deyillər. Klubun aylıq 12 manatlıq büdcə ilə 8 legioner sifariş etməsi, komandanın “Şəmkir” (1:0), “Qaradağ Lökbata” (2:1) kimi klubları məğlub edib, “Göyəzən”i uda bilməməsi (0:0), MOİK (0:6) və “Səbail”ə (1:5) biabırçı hesabla uduzması, “Bakılı”ya yenilməsi (3:2) “Azenco”da da şübhələrə yol açıb.

Bir sözlə, “Şahdağ”da baş verənlərdən kimsə baş açmır. Hətta, klubun sponsorları belə...

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 May 2025
01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" rəqib meydanında coşdu

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X