AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqasının XI turunda baş verənlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Fanat.Az xəbər verir ki, “Neftçi” – “İnter” matçında qonaqların futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. .
AZAL – “Qəbələ” görüşündə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 14-cü dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimələnir.
İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edir:
Oyunun 11-ci dəqiqəsində AZAL-ın futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanır, kluba 1600 manat cərimə kəsilir.
“Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində meydan sahiblərinini futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana salıb.
Əvəzedici heyətlərin XI turunun “Neftçi” – “İnter” matçında isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimələnib.
Fanat.Az