Milli komandamız sabah "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Belfastda Şimali İrlandiyanın qonağı olacaq. Komandamızın kapitanı Rəşad Sadıqov zədə səbəbindən matçın iştirakçısı olmayacaq.
Bəs Rəşadın yoxluğunda kapitan sarğısını kim daşıyacaq? Fanat.Az xəbər verir ki, komandanı meydana kapitan kimi Rahid Əmirquliyevdə çıxaracaq.
Qeyd edək ki, Çexiya - Azərbaycan oyununda da millimizin kapitanı Rahid Əmirquliyev olmuşdu.
Fanat.Az