Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, toplantıda I divizionun XI turunda baş verənlərə hüquqi qiymət verilib.
“Səbail” – “Zaqatala” matçında və “Göyəzən” – “Bakılı” görüşlərində qonaq komandaların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 80 manat cərimə kəsilib.
“Ağsu” – “Rəvan” görüşünün 77-ci dəqiqəsində qonaqlarıni futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
MOİK – “Turan Tovuz” duelinin 73-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
Oyunun 3-cü dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Mil-Muğan” qarşılaşmasının 82-ci dəqiqəsində qonaqların futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
Oyunun 40-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 80 manat cərimə olunub.
“Şərurspor” – “Şahdağ” matçının 90+2-ci dəqiqəsində qonaqların futbolçusu Ramil Mansurov və meydan sahiblərinin üzvü Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublara 160 manat cərimə kəsilib.