2012/13-cü il mövsümünün bitməsindən sonra müqaviləsinin müddəti bitdiyinə görə "Simurq"la yolları ayrılan futbolçuların əvəzinə klub yenilərini gətirməkdə davam edir. Zaqatala təmsilçisi artıq ilk legioner transferini rəsmiləşdirib. "Sarı-qaralar" ötən mövsüm "Turan"da forma geyinən Salif Ballo ilə 2 illik müqavilə imzalayıb.
"Simurq" daha bir futbolçunun keçidini də rəsmiləşdirib. Ötən mövsümü AZAL-da keçirmiş Taqim Novruzov komandamızla 1+1 sistemi üzrə anlaşmaya imza atıb. Yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 8 nömrəli forma ilə mübarizə aparacaq.