Premyer Liqanın VIII turunun 4 matçının canlı yayımlanacağı barədə xəbər vermişdik. Fanat.az xəbər verir ki, bu barədə məlumat yayan PFL-in rəsmi saytı xəbərində dəyişiklik edib.
Belə ki, sabah baş tutacaq "Xəzər Lənkəran" - "İnter" oyunu "İdman Azərbaycan"ın proqramından çıxarılıb. Kanal şənbə günü "Neftçi" - "Qarabağ" (19.00) və bazar günü "Rəvan" - AZAL (19.00) matçlarını efirə verəcək. Az.TV isə şənbə günü "Bakı" - "Sumqayıt" (16.00) oyununu yayımlayacaq.