02:09 25.11.2016 582

"Qarabağ" azarkeşlik edəcəm" - "Slovan"ın baş məşqçisi

“Bu qələbəni çox önəmli sayırıq. Ona görə ki, bu, Avropa Liqasındakı oyunda qələbədi və rəqib də “Qarabağ” idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Slovan”ın baş məşqçisi Yindrix Trpişovskiyə məxsusdu.

 

Avropa Liqasının V turunda öz meydanında “Qarabağ” üzərində böyükhesablı (3:0) qələbə qazanan Liberets təmsilçisi növbəti mərhələ üçün ümidlənib.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Trpişovski jurnalistlərin suallarını cavablandırıb: “Azarkeşlərimizə söz vermişdik ki, qələbə qazanacağıq. Buna nail olduğumuz üçün çox şadıq. Bugünkü matçda qalibiyyət çempionatdakı məğlubiyyəti unutdurdu. Oyunçularıma da xoş sözlər demək istərdim. Bu gün bir yumruq kimi mübarizə apardılar və qalib gəldilər”.

 

- Dünən demişdiniz ki, 40-dan çox yaşım var və möcüzəyə inanmıram. Bu qələbədən sonra sözünüzü geri götürürsüz?

- Sizin tövsiyənizə baxdım və bunu qəbul etdim. Dünən sirkə gedib möcüzələrin necə yarandığını gördüm. Bunu da tətbiq etdim. Bunun arxasında möcüzə yox, komandanın yaxşı oynaması dayanır.

 

- Demək olarmı ki, bu sizin rəhbərliyiniz altında “Liberets”in ən yaxşı oyunu idi. Qısa müddətdə nə baş verdi ki, oyun keyfiyyətiniz dəyişdi?

- Deməzdim ki, ən yaxşı oyunumuz idi. “Slovan” ötən mövsüm də yaxşı oyunlar keçirib. Bu, bizim ən yaxşı oyunlarımızdan biridi. Bizim çempionatla Avropa Liqası fərqlidi. Futbolçularımız hər iki turnirdə fərqli çıxış edir. Bu, bizim üçün bəlkə yaxşı, bəlkə də pis haldı. Çempionatın son matçı bizim üçün ən pis oyunlardan biri idi. Bundan zəif oynaya bilməzdik. Təbii ki, futbolda hər şey ola bilər. Erkən qolu vurduğumuz üçün oyun açıldı.

 

- Komandanızın növbəti mərhələyə adlamasını nə dərəcədə real görürsünüz?

- Bizim üçün bu, böyük şansdı. Salonikiyə turist kimi getməyəcəyik. Çalışacağıq Yunanıstanda qələbə qazanaq. “Qarabağ”a isə “Qəbələ” ilə matçda azarkeşlik edəcəm. Bu komandada Almeyda və Kintanaya böyük hörmətim var. Bugünkü qələbə ilə şansımızı bir qədər artırdıq. Ancaq bizi hələ çox mürəkkəb oyunlar gözləyir. Həm çempionatda, həm də Avrokubokda. Heyətlə bağlı bir qədər problemimiz var idi. Hətta bu gün bir futbolçumuz 20-ci dəqiqədə meydandan çıxmaq istəyirdi.

 

- Matçdan əvvəl sözü bir araya qoyduğunuzu demişdiniz. Sizin üçün dəyişən nə oldu?

- Əvvəla azarkeşlərimizə minnətdaram. “Yablonets”lə qarşılaşmadan sonra bizi fitə basırdılar. Onlardan belə oyuna görə üzr istəməli idik. “Yablonets”lə matçdan sonra futbolçular öz aralarında yığışıb müzakirə apardılar. Həmin iclasda heç mən iştirak etmədim. Həmin görüşdən sonra 20 dəqiqə oturub, ünvanımıza deyilən sözlərə qulaq asdııq, çünki asmalı idik. Bu gün isə oyunumuzun zirvəsində idik.



Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X