Topaz Premyer Liqasında XIII tur davam edir. Bu gün ölkə çempionatında daha bir oyun keçirilib. Axşam saatlarında “Zirə” ilə “İnter” üz-üzə gəlib.
Görüşdə hesabı qonaqlar açıb. 48-ci dəqiqədə Ruslan Abışov fərqlənib. Lakin 66-cı dəqiqədə Adrian Skarlatakenin 2-ci sarı vərəqə alaraq meydan qovulması "İnter"i çətin duruma salıb. "Zirə" azlıqda qalan rəqibinə 90+3-cü dəqiqədə qol vurmağı bacarıb. Beləliklə, ilk dövrədə olduğu kimi, "bankirlər" yenə əlavə vaxtda qələbəni əldən veriblər.
Qeyd edək ki, ilk dövrədə VII tura təsadüf edən “İnter” – “Zirə” qarşılaşması 1:1 hesabı ilə bitib. Həmin görüşdə meydan sahibləri ilk yarıda Ağabala Ramazanov qolu ilə önə keçsələr də, qonaqlar 90+2-ci dəqiqədə Viktor İqbekoyinin dəqiq zərbəsi ilə məğlubiyyətdən qaçıblar.
Topaz Premyer Liqası
XIII tur
28 noyabr (bazar ertəsi)
17:00 “Zirə” – “İnter” 1:1
Qol: Yovan Krneta, 90+3 - Ruslan Abışov, 48
Qırmızı vərəqə: Adrian Skarlatake, 66
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu
I dövrədə: 1:1
“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov, 8. Milan Duriç, 19. Nurlan Novruzov, 92. Cavid Tağıyev, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 77. Yamin Ağakərimzadə, 7. Gerhard Proqni
Baş məşqçi: Adil Şükürov
“İnter”: 1. Səlahət Ağayev (k), 3. Denis Silva, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov 9. Pərdis Fərcad-Azad
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 20. Aqşin Quluzadə, 11. Rauf Əliyev, 88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
№ | Klub | O | Q | H/H | M | T/F | X | |
1 | Qəbələ | 12 | 8 | 4 | 0 | 27:4 | 28 | |
2 | Qarabağ | 12 | 9 | 1 | 2 | 24:5 | 28 | |
3 | İnter | 13 | 6 | 6 | 1 | 21:12 | 24 | |
4 | Kəpəz | 13 | 3 | 6 | 4 | 9:11 | 15 | |
5 | Zirə | 13 | 4 | 3 | 6 | 11:14 | 15 | |
6 | Sumqayıt | 13 | 3 | 5 | 5 | 12:18 | 14 | |
7 | Neftçi | 13 | 3 | 0 | 10 | 9:29 | 9 | |
8 | AZAL | 13 | 0 | 5 | 8 | 5:25 | 5 | |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az