12:25 30.11.2016 622

“Bunun adı hakim biabırçılığıdır” - Tahir Süleymanov

Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan “Qarabağ” – “Qəbələ” matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı. Oyun başa çatsa da, hakimliklə bağlı müzakirələr səngimək bilmir.


Qonaq komanda referi Rəhim Həsənovu yanlış penalti qərar verməkdə və oyunun əsas vaxtına 4 dəqiqə əlavə etdiyi halda, görüşü 90+8-ci dəqiqəqə bitirməsi ilə suçlayır.


Belə bir durumda məsələyə ən yaxşı mütəxəssis rəyləri işıq tuta bilər. Bunu nəzərə alaraq, sabiq FIFA referisi Tahir Süleymanovla əlaqə saxladıq.


Tahir bəy məsələyə daha dərindən yanaşmaq lazım olduğunu söylədi: "Hakimlik görünən tərəfdir. Ölkənin iki müstəqil, şuralaşmaya getməyən klubu qalıb. "Qarabağ" və "Qəbələ"  uğurlu çıxışları, iki il ardıcıl Avroliqanın qrupunda çıxış etməklə şuralaşma ideologiyasına böyük zərbə vurublar. İndiki dönəmdə futbola cavabdehlərin mövcud "sistem"inin yararsız olmasını qazandıqları nəticələrlə sübut edirlər. Rəqabətsiz çempionatda keçirilən 13 tur ərzində çox sayda kobud hakim səhvləri olub. Heç biri geniş rezonans doğurmayıb. Niyə? Çünki, əksəriyyəti şuralaşmış komandalardı. Bu klublara göndərilmiş "baş üstə" kadrlar nə futbolu bilirlər, nə də ki, söz demək səlahiyyətləri var. Onlara futbol lazım deyil, əsas havadarların tapşırıqlarını yerinə yetirməkdir. Müstəqilliyini qoruyan klubların oyunlarında belə biabırçılıqların olmasının məqsədi ya bu klubları dağıtmaq, ya da məcbur edib şuralaşdırmaqdır”.


“Neftçi”nin sabiq vitse-prezidenti olan Süleymanovun fikrincə, Rəhim Həsənovun penalti qərarı yanlışdır: “Epizodlara gəlincə, orada 11 metrlik cərimə zərbəsi yox idi. Top futbolçunun başına dəydikdən sonra qısa məsafədə əlinə çarpdı. Futbolçu istəsəydi də belə əlini çəkə bilməzdi. Təbii əl hərəkəti idi. Oyunun vaxtının uzadılmasına gəlincə, hakim psixoloji baxımdan  nəzarəti əlində saxlamağı bacarmalıdır. Bu qədər vaxt əlavə etmək yolverilməzdir. Ən acınacaqlısı isə görüşü bərpa etmək istəyərkən kənar şəxslər meydanda ola-ola oyunu bitirməsi oldu. Belə anda hakim oyunu saxlamalı, meydanda qayda-qanun bərpa olunandan sonra itirilmiş vaxt əlavə olunaraq görüş davam etdirilməli idi. Bu azmış kimi qırmızı vərəqə alan Riçard Almeyda da meydanda qol sevincini qeyd edirdi. Bunun adı hakim biabırçılığıdır. Məqsəd yuxarıda da qeyd etdiyim kimi, "Qəbələ" kimi klublara təzyiq göstərib özlərinə tabe etdirməkdir. Şurası olmayan klubları futbola cavabdehlər özlərinə düşmən sayır”.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X