15:15 01.12.2016 771

Xoşqədəm, Rəhim və başqaları

Anar Şabanoğlu


İnanılmaz ailə faciələri ilə əhaliyə dərdlərini unutdurub "bu günümüzə şükür" dedirən Xoşqədəm Baxşəliyeva kimi aparıcılar bəlkə də tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə dövlət tərəfindən mükafatlandırıldı... Elə ilk turda AZAL-ı "Neftçi"yə uduzduran və bununla da Tərlan Əhmədovun komandasının killerinə çevrilən Rəhim Həsənov ən mərkəzi oyuna təyinatla mükafatlandırılıb bu dəfə "Qəbələ"ni də məhv etdi... "Qarabağ"ın Avropadakı uğurları Qarabağ acısını azaltmaq, az da olsa, təsəlli tapmaq üçün keyləşdirici vasitədi. Bunun mükafatı da ölkə çempionluğu olmalıdı... Amma Qurban Qurbanovun komandasının pərdəarxası oyunlara, kabinetlərdə qərar verilən çempionluğa ehtiyacı yoxdu. 


Xalqın sevimli komandasının heyəti də, oyunu da əsas rəqib "Qəbələ"dən güclüdü. "Qarabağ" uzağı bir az artıq əziyyət çəkə, çempionluq uğrunda rəqabət bir az daha maraqlı alına bilər. Amma sonda yenə ÇL-ə Qurban bəyin komandası gedər. Əminəm ki, əksər azərbaycanlının istəyi də budu "Qarabağ"ı həmişə ÇL-də və qismət olsa, qrup mərhələsində görmək. Amma  sağlam iş haqda kasad təsəvvürü olan futbol rəhbərlərimiz hesab edir ki, nağdı qoyub nisyənin dalınca getmək olmaz. Rəqabət-filan nəyə və kimə lazım? Buraxın Xaqani müəllim kimi sənətkarların öhdəsinə, vəssalam! Məmmədovun bu cür tapşırıqların öhdəsindən layiqincə gəlmək üzrə peşəkarlaşmış komandası var. Onlardan biri də Rəhim Həsənovdu. Ozobiçin qoluna kimi məramını maskalamağı bacaran hakim bundan sonra, necə deyərlər, özünü tam buraxdı. "Qəbələ"nin futbolçularına qarşı kobudluqlara göz yuman referi bununla da Roman Qriqorçukun komandasına "oyunun sonu çətin olacaq" xəbərdarlığını verdi. Hakimin pis niyyətini ən tez meydandakı futbolçular anlayır. Bu isə konsentrasiyanın pozulmasına və oyunu normal axarda davam etdirməyə mane olur. Həsənov penalti uydurur və hesab bərabərləşir. Amma "Qəbələ" futbolçuları yenə sınmır, mübarizəyə davam edir, ikinci hissənin əsas vaxtına əlavə edilmiş 4 dəqiqənin bitiminə 20 saniyə qalanda Almeyda qapıçı ilə təkbətək çıxmağa yaxın olan Ozobiçi yıxır və qırmızı vərəqə alır. 


"Qəbələ"nin hücum fəallığını söndürmək üçün bu heç də pis vasitə deyil. Necə deyərlər, ən azı heç-heçə olsun, nağd olsun. Bundan sonra gözlənilənin əksinə "Qarabağ" hücuma keçir... Həmin dəqiqələrin hər saniyəsində "Qəbələ"nin təhlükəli hücum və ya əks-hücum təşkil edəcəyi təqdirdə hakimin dərhal final fitini səsləndirəcəyinə əmin idim. Həsənovun oyundakı ilk qoldan sonra "Qarabağ"ın 12-ci oyunçusuna çevrilməsi buna şübhə yeri qoymamışdı. Amma "Qarabağ" hücumlarına davam edib 98-ci dəqiqədə qələbə qolunu vurdu. Rəhim Həsənov ruslar demişkən, "s çuvstvom vıpolnennoqo dolqa" getdi ağalarının hüzuruna.  "Qəbələ" oyunun təkrar keçirilməsi haqda protokolda etiraz bildirsə də, UEFA, Almaniya,  Rusiya və Türkiyənin ən yaxşı mütəxəssisləri hakimin qaydalara görə penalti verməli olmadığını desə də, bu qədər vaxtın nəyə görə artırıldığı qaranlıq qalsa da, final fiti qəribə şəkildə verilsə də, saymaqla bitməyən yanlışlıqlar olsa da nə Xaqani Məmmədov, nə də Ramin Musayev hakim səhvlərini etiraf etdi. Və "Qarabağ"ın bu mövsüm çempion olacağına zərrəcə şübhə qalmadı...


P.S. Oyundan sonra "Qəbələ"dən Səməd Nəsibovun hakimlərə və futbol rəhbərlərimizə xitabən hayqırdığı "Allah bəlanızı versin, haqqımı halal etmirəm" sözləri qulağımdan getmir. Nəsibov ölkəmizin gerçəklərini əks etdirən "haram olsun, nağd olsun" məsəlini unudub...

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X