İlyarımlıq səfərin ardında vətənə dönmüş, o biri kredit borcunun ağırlığına, evdəkilərin narazı çöhrəsinə baxmayaraq köhnə dostuyla görüşməyə getmişdi. Və yenə də sevimli məkanda. Uzun Səfərin xudmani çayxanasında.
Hə, həmin adamlardı. Ara-sıra çayxanada görüşən futbol həvəskarları. Fanat.az-ın oxucuları yaxşı xatırlayar...
- Səni verənə şükür ə. Dəyişilmisən. Ursetin havası düşüf ha, özaramızdı.
- Həqqidən? Bəs Nəcəf deyir quruyufsan. Qaqa, saa bir şəkil göstərəjəm. Bax qiymətini ver e.
- Nəcəf məzəlnir sənnən. Baxım şəklə.
- Nətərdi?
- Qəşəh. Sənniyiydi bu.
- Hə. Qaqanlığıydı dana. Alladı. Seyid Lazım Ağanın cəddi haqqı qaymaxdı. Ə qaqa, bir dənə çay gətir. Mürəbbə zad vermə ha, sadə.
- Ə mürəbbəynən gətir.
- İtin balasıdı, civimdə 4 maat var. Səndə bir şey var?
- Vejinə alma. Var. Ta büyün də mürəbbəynən içməyək, nə vaxt içək...
- Futbolda nətərdi vəzyət? Eşitdim “Qarabağ” uduzuf...
- “Slovan”a uduzdu, qaqa... 3 dənə vurdular.
- Çexlərin azərbaycanlı oyunçusu vurdu hamısını?
- Kim vurdu?
- Azərbaycanlı yox e, dağıstanlı...
- Daşdəmirov dana. O havaxtdan Çexoslavakiyada oynuyur?
- Ayə rəhmətdiyin nəvəsi, Slovakiya çoxdan Çexiya döyül. Yatmısan sən?
- Olmur, olmasın. Onu de e maa. Dağıstanlı vurdu bizə?
- Dəəsən heylə oluf. Dəqiq bilmirəm. Ya ikisini o vurdu, ya da üçünü.
- Bəs “Qəbələ”ynən nətər oldu?
- Uddular. Yaxşı ki, Daşdəmirov bu dəfə heç hardan oynamırdı...
- Deyillər, hakimlər qatıxlıyıf gənə... Nağayrmışdılar?
- İkisinnən də pul almışdılar. Axırda “Qəbələ”nin pulun qaytardılar.
- Məzələnirsən?
- Yox sən öl. AFFA oyunnan sora “Qarabağ”dan kalan pul aldı. Uddular, pulun da verdilər. Yəqin, oynuya bilmədiyinə görə o birilərinkin qaytarıflar özdərinə.
- Bəs Xaqani Məmmədov nə dedi?
- Hakimbaşın deyirsən?
- Kimi dəəjəm? Onu deyirəm.
- Ə, heszad. O günü çıxdı biz az televizorda özün biabır elədi. Vizualdan, virtualdan zaddan danışdı. Kopoyoğludu, heşzad başa düşmədim.
- Dəəsən o televizorda yaşıyır. Ortalıxda yoxdu taa.
- Heylədi. Ya televizorda yaşıyır, ya da ortalığa çıxmağa güjü yoxdu. Arada öz televizorlarına gəlməyi böyük şeydi hələ.
- Maa bax e, “Qarabağ” ta vsyo?
- Yox ayın 8-i oynuyajax. “Fiorentina”ynan. İtkiləri var. Allah köməhləri olsun, biz də yazığıx.
- Bax, saa qaqan desin, sən də bax. İtki, zad bekara şeydi. Daşdəmirov italyannardan oynamasa, udajıyıx.
- Çayını iç, qaqa. Buza döndü.
- Heyva mürəbbəsidi bu?..
Fanat.Az