Dekabrın 8-də Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Maynts”ın qonağı olacaq “Qəbələ” səfərə bir itki ilə yollanacaq.
Fanat.Az xəbər verir ki, ötən tur “Anderlext”lə matçın 89-cı dəqiqəsində qırmızı vərəqə alan Rəşad Eyubov komandasına kömək edə bilməyəcək.
Klubun mətbuat katibi Anar Hacıyevin verdiyi məlumata görə, hazırda heyətdə ciddi zədədən əziyyət çəkən futbolçu yoxdur. Bu isə baş məşqçi Roman Qriqorçuku sevindirən əsas amildir.
Qeyd edək ki, dekabrın 8-də keçiriləcək "Maynts" - "Qəbələ" matçı saat 22:00-da başlayacaq.
Fanat.Az