UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"- "Fiorentina" (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Fanat.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu gün "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. "Köhlən atlar"ın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Fiorentina"nın son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. İtaliya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:30-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Rəqibin son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün "Azərsun Arena"dan xüsusi avtobus ayrılacaq.
Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı sabah saat 20:00-da, Respublika stadionunda start götürəcək.
Fanat.Az