Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ın qonağı olacaq “Fiorentina” Bakıdakı oyunda dəstəksiz qalmayacaq.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təxminən 120 azarkeş Florensiya təmsilçisini stadiondan dəstəkləyəcək.
Artıq azarkeşlərin bir hissəsi Bakıya gəlib.
Komanda isə saat 16:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaq.
Xatırladaq ki, sabah keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Fanat.Az