"Avropa Liqasında çıxış etmək bizə mane olmadı, əksinə böyük təcrübə qazandırdı. Nə vaxtsa yenidən Avroliqada oynamaq "Maynts”ın hər bir üzvünün arzusudu”.
Sport7.az xəbər verir ki, bu sözləri "Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.
Almaniya klubu Avropa Liqasının qrup mərhələsində sonuncu görüşünü öz meydanında "Qəbələ”yə qarşı keçirəcək.
Alman mətbuatına açıqlama verən Şmidt bu görüşdəki nəticənin rol oynamadığını deməklə yanaşı, daha diqqətlərini bütünlüklə Bundesliqaya yönəldəcəklərini bildirib: "Artıq qrupdakı hansı komandaların növbəti mərhələyə adlayacaqları bəllidi. "Qəbələ” ilə oyunda nəticə baxımından qorxumuz olmayacaq. Bundan sonra bütün gücümüzü Almaniya çempionatına qoyacağıq. Turnir cədvəlində yaxşı yerlərdən birini tutub, yenidən Avrokubokda iştirak etmək hüququ qazanmalıyıq”.
Qeyd edək ki, Bundesliqada 13 turdan sonra aktivində 17 xal olan "Maynts” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. (Apasport.az)
Fanat.Az