Dortmund "Borussiya"sının futbolçusu Pyer Emerik Aubameyanq "Real"da oynamaq arzsunu dilə gətirib. Fanat.Az xəbər verir ki, qabonlu ulduz "Kral Klubu"na azarkeşlik etiyini deyib.
"Uşaqlıqdan "Real"a azarkeşlik edirəm. O vaxtda "Real"ın formasını geyinməyi arzulayırdım. Hətta Hüqo Sançesin videolarını izləyib, onun kimi oynamağa çalışırdım" deyə Aubameyanq bildirib.
Bu mövsüm meydana çıxdığı 19 oyunda 18 qol vuran futbolçu babasına söz verdiyini deyib: "2014-cü ildə - babam ölməzdən öncə ona "Real" forması geyinəcəyimə söz verdim. Avilada, yəni Madriddən 110 km uzaqda yeryaşayırdı. Bilirəm, bu qarışıq bir vəziyyətdi, ümid edirəm ki, bir gün "Real"da oynayacam".
Qeyd edək ki, Aubameyanq ötən mövsüm Avropa Liqasında "Qəbələ"yə qarşı keçirdiyi iki oyunda 4 qol vurmuşdu.
Fanat.Az