Avropa Liqasında qrup mərhələsi başa çatdı. "Qarabağ" "Fiorentina"ya uduzub qrupda qaldısa, "Qəbələ"nin mərhələ adlaya bilməyəcəyi daha əvvəldən bəlli idi. Bu səbəbdən Almaniyada "Maynts"la baş tutan qarşılaşma formal xarakter daşıyırdı.
Fanat.Az klublarımızın iştirakı ilə baş tutan oyunlardakı azarkeş saytına nəzər yetirib.
"Qarabağ"ın 3 ev oyununu ümumilikdə 54734 nəfər canlı izləyib ki, bu da hər qarşılaşmada stadiona orta hesabla 18244 nəfərin toplaşması deməkdi. Ən çox azarkeş PAOK-la matçda olubsa, "Slovan"la qarşılaşmanı cəmi 6200 nəfər izləyib. Bu həmin görüşün "Dalğa Arena"da baş tutması ilə bağlıdı.
“Qarabağ”ın ev oyunları |
Qarabağ - PAOK | 26784 |
Qarabağ - Fiorentina | 21750 |
Qarabağ - Slovan | 6200 |
"Qarabağ"ın səfər matçlarına 30563 nəfər maraq göstərib. Bu hər oyunda 10187 tamaşaçı deməkdi. Ağdam kluğu ən çox "Fiorentina", ən az isə "Slovan"la səfər görüşündə azarkeş görüb.
“Qarabağ”ın səfər oyunları |
Fiorentina - Qarabağ | 14145 |
PAOK - Qarabağ | 11476 |
Slovan - Qarabağ | 4942 |
"Qəbələ"nin 3 ev oyununda stadiona 16600 nəfər toplaşıb. "Qırmızı-qaralar"ın hər oyununu orta hesabla 5533 nəfər izləyib. "Maynts"la oyun daha çox marağa səbəb olub. "Anderlext" matçına isə daha az tamaşaçı maraq göstərib.
“Qəbələ”nin ev oyunları |
Qəbələ - Maynts | 6500 |
Qəbələ - Sent-Etyen | 5600 |
Qəbələ - Anderlext | 4500 |
"Qəbələ"nin səfər oyunlarında daha çox azarkeş olub - 47353 nəfər. Bu hər matçda orta hesabla 15784 nəfərin stadiona gəlməsi deməkdi. "Sent-Etyen"lə oyunda "Qəbələ" azarkeş təzyiqini daha çox hiss edib. "Anderlext"lə matçda isə tamaşaçıların sayı daha az olub.
“Qəbələ”nin səfər oyunları |
Sent-Etyen - Qəbələ | 22855 |
Maynts - Qəbələ | 12860 |
Anderlext - Qəbələ | 11638 |
Beləliklə, 2 klubumuzun 6 ev oyununa ümumilikdə 71334 nəfər maraq göstərib (orta hesabla 11889 nəfər). Səfər matçlarında isə bu say 77916 nəfər olub (orta hesabla 12986).
Fanat.Az