“Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları Peşəkar Futbol Liqasına müraciət ediblər.
Fanat.Az xəbər verir ki, adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək, “Sumqayıt” - “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər.
Bütün bunları nəzərə alan PFL XIV turun “Sumqayıt” - “Zirə” və “Neftçi” - AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib. Beləliklə, XIV turun bütün görüşləri eyni gündə, yəni 17 dekabrda reallaşacaq.
Fanat.Az