19:55 13.12.2016 849

"Qarabağ" şou göstərdi, "Neftçi" acığını "Zirə"yə tökdü

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyunları eyni gündə baş tutub. 

Mərhələyə Qəbələdə start verilib. Premyer Liqanın favoritlərindən biri olan, hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qəbələ" autsayder AZAL-ı qəbul edib. Mərhələnin əyalətdə keçiriləcək yeganə dueli olan matçda aşkar favorit "Qəbələ" olsa da, AZAL çempionluq iddiasında olan rəqibinə müqavimət göstərib. Hesabı qonaqlar açsa da, ikinci yarıda iki qol vuran meydan sahibləri qələbə qazanıb - 2:1.

Bu gün baş tutan yeganə paytaxt derbisində “Zirə” “Neftçi”ni qəbul edib. Premyer Liqada keçirdiyi 13 oyundan 10-da uduzan "Neftçi" bütün ümidlərini kuboka bağlayıb. Turnir cədvəlində yalnız AZAL-ı qabaqlayan "ağ-qaralar" üçün avrokuboklara ən asan yol kubokdan keçir. Heyətində ciddi itkilər olan "ağ-qaralar" ilk oyunda favorit hesab olunmasa da, bunun əksi baş verib və "Neftçi" rəqibini darmadağın edib - 3:0. Het-trik edən Jonas Pesalli iki qola penaltidən imza atıb.

Premyer Liqada ilk "üçlüy"ü qapayan "İnter" turnir cədvəlindəki qonşusu olan "Kəpəz"i qəbul edib. Hər iki komanda avrokuboklara vəsiqə iddiasındadı və çempionatla yanaşı, kuboka da önəm verir. 2000-ci ildən bəri kubokda yarımfinal üzü görməyən deyəsən bu dəfə də istəyinə çata bilməyəcək. Gəncəlilər səfər oyununda 0:2 hesabı ilə yenilərək mərhələ adlamaq şanslarını minimuma endiriblər.
 
Günün son görüşündə son iki mövsümdə kubokun qalibi olmuş “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Qurban Qurbanovun komandası cütün favoriti olduğunu iddiasız "Sumqayıt"la ilk matçda göstərib. İlk dəqiqədən irəli atılan ağdamlılar 6:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, 1/4 finalın cavab oyunları dekabrın 21-də keçriləcək.

Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar

13 dekabr
Qəbələ - AZAL 2:1
Qollar: Filip Ozobiç, 61. Ruslan Qurbanov, 74 - Mirzağa Hüseynpur, 37.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 7. Nika Kvekveskiri, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyubov, 21. Roman Hüseynov, 90. Ramil Hasanov.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 23. Aqil Məmmədov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 21. David Canelidze, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 19. Elnur Süleymanov, 9. Röyal Nəcəfov, 16. Aşkan Feyzi, 36. Renat Aşurov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.
 
Zirə - Neftçi 0:3
Qollar: Jonas Pesalli, 44; 58-pen; 63-pen.
Zirə: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 7. Gerhard Proqni.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
Neftçi: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 13. Murad Ağayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 26. Kamal Qurbanov, 49. İbrahim Əliyev, 21. Aqşin Qurbanlı, 42. Elvin Sərkərov.
Baş məşqçi: Elxan Abdullayev.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

İnter - Kəpəz 2:0
Qollar: Rauf Əliyev, 58. Nizami Hacıyev, 61.
İnter: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 22.  İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 3. Denis Silva, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 98. Qara Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
Kəpəz: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 8. Elcan Rəhimov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
“İnter Arena”.

Qarabağ - Sumqayıt 6:0. 
Qollar: Riçard Almeyda, 25-pen. Dino Ndlovu, 34-pen. Coşqun Diniyev, 40. Mahir Mədətov, 64; 78. Namiq Ələsgərov, 67.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Madera, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 17. Vaquf Güləliyev, 21. Nasir Abilayev, 42. Kamran Abdullazadə.
Məşqçi: Seymur Rəhimov.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Azersun Arena”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:55

"Qalatasaray" belçikalı qapıçını istəyir

23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

Facebookdan bizi izləməyi unutmayın.
X