Gürcüstan çempionatının qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, “Samtredia” tarixində ilk dəfə çempionluq titulu qazanıb.
Komanda Umaqlesi Liqasının B qrupunda ilk pilləni tutub. Onlar final seriyasının ilk oyununda A qrupunun qalibi olmuş “Çixura”nı 2:0 hesabı ilə yenib. Cavab matçı 2:2 hesabı ilə yekunlaşıb və “Samtredia” ilk dəfə ölkə çempionu olub.
Qeyd edək ki, “Samtredia” bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmuşdu. İlk oyunda qələbə qazanan (5:1), səfər matçında uduzan (1:2) təmsilçimiz ümumi hesabda rəqibini 6:3 üstələyərək mərhələ adlamışdı.
Fanat.Az