17:44 16.12.2016 1041

"Neftçi"nin gerçək sahibi kimdi? - Cavabsız sualların cavabı...

Bir müddət əvvəl "Neftçi"nin təsisçisi və gerçək sahibinin kimliyi ilə bağlı araşdırmalar aparmış, müəyyən faktlar təqdim etmişdik. Sonradan araşdırmaların nəticələri ilə bağlı yeni məlumatları təqdim etməmişdik. Səbəb isə mövsümün qızğın çağında klub rəhbərliyinin əlinə bəhanə verməmək idi. İstəmirdik ki, uğursuzluqlara don geyindirmək istəyənlər "komandaya psixoloji təsir edirlər" sözlərini əllərində bayraq edib, özlərini təmizə çıxarsınlar. Bu səbəbdən bir müddət susmalı olduq. 

Artıq qış fasiləsi yaxınlaşır. Premyer Liqa və kubokdakı bir oyundan sonra komandalar bir müddətlik "qış yuxusu"na gedəcək. Bizdə qaldığımız yerdən davam etmək qərarına gəldik.

Bu gün "Neftçi" sadəcə uğursuz nəticələri və komanda daxilindəki qalmaqallarla gündəmdə deyil. Dəhşətlisi odu ki, hamının bir ağızdan "Xalq komandası" deyib xalqa sırışdırmağa çalışdığı klubun nə təsisçisi bəllidi, nə də gerçək rəhbəri. Hamımız bilirik ki, Müşahidə Şurasının rəhbəri və üzvləri o kresloda kimlərinsə sifarişi ilə oturub, baş məşqçi və klubu idarə edən rəsmi şəxslər AFFA-dan göndərilib. Bəs bütün bunların arxasında kim və ya kimlər durur? "Neftçi"nin gerçək sahibi kimdi? 

Hamımız klubun SOCAR tərəfindən maliyyələşdiyini bilirik. Amma bu məsələnin rəsmi tərəfdi. Məlumat üçün bildirək ki, "Azneftyağ" neft emalı zavodu (BNEZ) bağlanandan sonra "Neftçi" faktiki olaraq havada qalmışdı. Çünki klubun təsisçisi SOCAR yox, adıçəkilən zavod idi. Hətta 10-12 il əvvəl klubunu titul sponsporu SOCAR yox, BNEZ idi, formaların üzərinə də zavodun adı yazılırdı. "Azneftyağ" bağlandı, "Neftçi" bir müddət havada qaldı, sonra SOCAR yenidən maliyyə ayırdı və klub yaşadı. 

Artıq bir müddətdi ki, "Neftçi"nin formalarının önündə "ASAN Xidmət"in loqosu vurulur. Amma dəqiq bilirik ki, bu təşkilatdan kluba qara qəpik də gəlmir. Bəs onda niyə SOCAR yox, "ASAN Xidmət"? Təəssüf ki, bu sualımıza uzun müddətdir heç kim cavab vermir.

Klubun maliyyəsinin gəldiyi mənbəyə gəlincə, bilirik ki, pul SOCAR-ın xətti ilə gəlir. Amma kimin cibindən, necə, hansı formada? Kimdir klubun yeni təsisçiləri?

FIFA və UEFA-nın əsas tələblərindən biri klubların müstəqilliyidi. Ali futbol qurumları bu məsələlərə həssas yanaşır və futbola müdaxiləni bağışlamır. Amma Azərbaycanın ən köklü, ən titullu klubunun sahibinin kimliyi bəlli deyil, dövlət sirri kimi qorunur.

Bütün açıq qalan sualların cavabını almaq üçün "Neftçi"yə sorğu göndərmək qərarına gəldik. Təəssüf ki, yenə dəqiq bir söz deyən olmadı: 

Sual: "Neftçi" Peşəkar Futbol Klubunun sponsoru kimdi və ya hansı qurumdu?
Cavab: "Neftçi" PFK MMC "Neftçi" İK İB tərəfindən maliyyələşir. 

Sual: Klubunun təsisçi hüququ kimə və ya hansı quruma məxsusdu? Rəhbər kimdi? 
Cavab: "Neftçi" PFK MMC-nin təsisçisi "Neftçi" İK İB-di. Klubun titul sponsporu "ASAN Xidmət"di. Texniki sponsor isə "Kappa" şirkətidi.

Təbii ki, bu cavablar bizi qane etmir və ikinci dəfə sorğu göndərməli olduq. Amma nəticə yenə dəyişmədi:
 
Sual: FIFA və UEFA qaydalarına əsasən klub müstəqil olmalıdı. "Neftçi" PFK necə, müstəqildirmi? Ədliyyə Nazirliyində qeydiyyatdan keçibmi? Keçməyibsə, deməli bu qanun pozuntusudu. Əgər keçibsə, xahiş edirik "Neftçi" PFK-nın təsisçisi və ya təsisçiləri kimlərdi?
Cavab: Təbii ki, “Neftçi” PFK qanunla tələb olunan bütün dövlət qurumlarından qeydiyyatdan keçib. Nəzərinizə çatdırırıq ki, UEFA və FIFA bu məsələlərə olduqca həssas yanaşır. Bu baxımdan sənədləşmə məsələsində hər hansı problemin olması mümkün deyil.

Sual: "Neftçi" İK İB-nin rəhbəri kimdi?
Cavab: "Neftçi" İK İB-nın rəhbər və strukturu ilə bağlı suala adı çəkilən quruma zəng edərək öyrənməyiniz daha doğru olar.

Belə, "Neftçi"dən iki cəhddə aldığımız cavablar bunlardı. Bəs kimdi "Neftçi" İB İK-nın rəhbəri, təsisçisi? Bu qurum hansı pulla futbol klubunu maliyyələşdirir? Az qala klubun prezidenti statusunu daşıyan icraçı direktor Orxan Hüseynzadə klubun gerçək sahibinin və təsisçisinin adını bilmir ki, bizi "Neftçi" İB İK-ya yönləndirir? Bu adın Orxan Hüseynzadə tərəfindən etiraf edilməsi hansı böyük təhlükəni yaradır ki, məsuliyyəti "Neftçi" İB İK-nın üzərinə atmağa çalışır? 

Bütün bu sualların cavabı hələlik açıq qalır. Çünki araşdırmalarımız davam edir və yaxın günlərdə "Neftçi"nin gerçək sahibinin kimliyi ilə bağlı əldə etdiyimiz məlumatları dərc edəcəyik. Bizi izləyin...

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

Facebookdan bizi izləməyi unutmayın.
X