"Neftçi"nin qış hazırlıq planı bəlli olub. Fanat.Az xəbər verir ki, bu barədə baş məşqçi Elxan Abdullayev AZAL-la oyundan sonra (0:1) məlumat verib.
Baş məşqçi bildirib ki, komanda yanvarın4-dən 21-dək Antalyada təlim-məşq toplanışında olacaq. Bu müddətdə "ağ-qaralar" 5 yoxlama oyunu keçirəcək. İlk matç yanvarın 8-də Türkiyənin "Sivasspor" klubuna qarşı olacaq. Digər yoxlama matçlarındakı rəqibləri bəlli olmasa da, oyun günləri müəyyənləşib. Yanvarın 12-si və 16-da bir oyun keçirəcək komanda ayın 19-da iki matça çıxacaq.
Fanat.Az