Topaz Premyer Liqasının XIV turunun “Kəpəz”lə ev oyunu “Qəbələ”nin futbolçusu Rafael Santos üçün əlamətdar olub. Fanat.Az xəbər verir ki, braziliyalı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 100-cü rəsmi matçını keçirib.
Komandanın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsindən sonra meydana çıxan cənubi amerikalı “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb.
Ona qədər yalnız 4 futbolçu bu qədər matçda “qırmızı-qara” forma geyinib.
Bunlar Dodo (161), Ürfan Abbasov (144), Viktor Mendi (127) və Samir Zərgərovdur (122).
2014-cü il fevralın 2-də keçirilən Premyer Liqanın “Sumqayıt” – “Qəbələ” matçında (0:3) ilk dəfə “Qəbələ”nin formasını geyinən Rafael “qırmızı-qaralar”ın heyətində 100 oyunda 8577 dəqiqə meydanda olub.
Hesabında 2 qol və 21 sarı vərəqə olan müdafiəçi 1 avtoqola da üzülüb. O, ölkə çempionatında 69, kubokda 11, UEFA Avropa Liqasında 20 matç keçirib.
mövsüm | turnir | oyun | dəqiqə | qol | sarı | qırmızı |
2013/14 | çempionat | 15 | 1334 | 0 | 1 | 0 |
2013/14 | kubok | 3 | 300 | 0 | 1 | 0 |
2014/15 | Avroliqa | 2 | 180 | 0 | 0 | 0 |
2014/15 | çempionat | 28 | 2492 | 0 | 3 | 0 |
2014/15 | kubok | 3 | 270 | 0 | 1 | 0 |
2015/16 | Avroliqa | 10 | 900 | 0 | 3 | 0 |
2015/16 | çempionat | 20 | 1780 | 2 | 6 | 0 |
2015/16 | kubok | 3 | 195 | 0 | 1 | 0 |
2016/17 | Avroliqa | 8 | 511 | 0 | 0 | 0 |
2016/17 | çempionat | 6 | 450 | 0 | 4 | 0 |
2016/17 | kubok | 2 | 165 | 0 | 1 | 0 |
| Cəmi | 100 | 8577 | 2 | 21 | 0 |
Fanat.Az