Topaz Premyer Liqanın XIV turunda “Qarabağ”ın “İnter”lə qarşılaşması (0:0) iki yubileylə əlamətdar olub.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqada 272-si “Qarabağ”, 28-i “Neftçi”də olmaqla 300-cü dəfə meydana komanda çıxarıb.
172 qələbə və 54 məğlubiyyəti olan 44 yaşlı mütəxəssis 74-cü heç-heçəni izləyib. Bu oyunlarda onun komandası 452 qol vurub və 216 dəfə öz qapısında qol görüb.
“İnter”lə görüş “Qarabağ”ın futbolçusu İlqar Qurbanov üçün də əlamətdar olub. 2010/11 mövsümündən Ağdam klubunda çıxış edən cinah oyunçusu 7 mövsümdə keçirdiyi 100 qarşılaşmada 6 qol vurub.
Fanat.Az