Topaz Premyer Liqasında ilin son turu 5 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Fanat.Az xəbər verir ki, onlardan 4-ü sarı vərəqə üzündən cəzalanıb.
"Qəbələ" "Kəpəz"lə oyunda Rafael Santosla Vojislav Stankoviçi itirib. Hər iki futbolçu sarı vərəqə limitini doldurub. "Kəpəz"dən Renan Silva isə qırmızı vərəqə alıb.
“Sumqayıt”dan Amit Quluzadə "Zirə" ilə matçda, "Zirə"dən isə Adil Nağıyev sarı vərəqə limitini doldurub.
Fanat.Az