Topaz Premyer Liqasının ilk iki dövrəsində 17 futbolçu bütün matçların iştirakçısı olub. Fanat.Az xəbər verir ki, onlar 14 qarşılaşmanın hamısında meydana çıxıb.
17 futbolçudan 6-sı bütün oyunları əvəzedilmədən keçirərək 1260 dəqiqə meydanda olub. Bunlardan 4-ü qapıçıdı. Belə ki, "Qəbələ"dən Dmitri Bezotosnı, "Sumqayıt"dan Fərhad Vəliyev, "Kəpəz"dən Tadas Simaitis, "Zirə"dən isə Anar Nəzirov mövqeyini heç kimə güzəşt etməyib. Onlardan başqa iki sahə oyunçusu - "Sumqayıt"dan Vurğun Hüseynov və "Kəpəz"dən isə Şəhriyar Rəhimov 1260 dəqiqənin hamısını meydanda keçirib.
№ | Futbolçu (klub) | Oyun | Dəqiqə |
1 | Dmitri Bezotosnı (Qəbələ) | 14 | 1260 |
2 | Fərhad Vəliyev (Sumqayıt) | 14 | 1260 |
3 | Vurğun Hüseynov (Sumqayıt) | 14 | 1260 |
4 | Şəhriyar Rəhimov (Kəpəz) | 14 | 1260 |
5 | Tadas Simaitis (Kəpəz) | 14 | 1260 |
6 | Anar Nəzirov (Zirə) | 14 | 1260 |
7 | Azər Salahlı (Sumqayıt) | 14 | 1197 |
8 | Migel Lorenso (Zirə) | 14 | 1191 |
9 | Jülien Ebah (Kəpəz) | 14 | 1173 |
10 | Edson Kastilyo (Neftçi) | 14 | 1164 |
11 | Rəhman Hacıyev (Neftçi) | 14 | 1133 |
12 | Kamal Mirzəyev (AZAL) | 14 | 1115 |
13 | Filip Ozobiç (Qəbələ) | 14 | 1109 |
14 | Nuqzar Kvirtiya (AZAL) | 14 | 1088 |
15 | Nurlan Novruzov (Zirə) | 14 | 1052 |
16 | Gerhard Proqni (Zirə) | 14 | 1039 |
17 | Mirabdulla Abbasov (Sumqayıt) | 14 | 876 |
Fanat.Az