Azərbaycan kubokunun 1/4 final mərhələsində AZAL-ı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" adını yarımfinala yazdırıb.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında iştirak edən meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov maraqlı fikirləri ilə yadda qalıb:
“Şansımız var idi. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə qol buraxandan sonra hücumlarımızın kəsəri artdı. Təəssüf ki, bəzi amillər... Fariz Yusifov hansı oyunumuza təyinat alırsa, bizə qarşı qərəz nümayiş etdirir. Bütün komandalara eyni gözlə baxmaq lazımdı. Görünür, bəzi hakimlərimiz fərq qoyurlar. Futbolçulara da təşəkkür etdim. Tounkaranın gəlişi də işimizə yaradı. Komandaya bəzi futbolçular cəlb olunacaq. Çalışacağıq ki, fasilədən sonra mübariz komanda formalaşdıraq”.
- Penalti epizodunun təkrarına baxmısız?
- Mən belə şeylərə öyrəşmişəm. Top əli, əl topu tapdı, futbolçunun butsısının ipi açıldı... Bütün epizodlara göz yumulur. 14 tur oynamışıq, 3 də kubok, amma biz penalti vurmamışıq. Varsa, niyə vermirlər? Bizə əvvəldən desinlər, biz də işimizi bilək.
- Şikayət edib, nəyə nail olacaqsız?
- İndiyədək kim nə edib ki? Rəhbərliyə də bildirmişəm ki, bəzi hakimlər bizim oyuna təyinat almasın. Hər halda bu, qərəz məsələsidir. İstəməzdim ki, son oyunlarda xoşagəlməz şeylər olsun. "Qəbələ" ilə AZAL-ın büdcəsi arasında xeyli fərq var. Amma biz əzmkarlıq hesabına çalışırıq ki, düşdüyümüz vəziyyətdən çıxaq.(“Qafqazinfo”)
Fanat.Az