"Ağır oyun olacağını bilirdik. Elə də oldu". Bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Zirə"ni qəbul edən "Neftçi" 1:2 hesabı ilə uduzsa da, 2 oyunun nəticəsinə görə yarımfinala adlayıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib: "Amma istəyimizə nail olduq. Kubokda yarımfinala çıxdıq, bu, bizim üçün çox vacib idi. Komandanı təbrik edirəm".
- Rəqib ilk qolu vurub hesabda önə keçəndə narahatlıq hissi yarandımı?
- Xeyr. Mən tam arxayın idim. Məşqçi kim bilirdim ki, bu oyunu 100 faiz keçəcəyik. Amma futbolçunu rahatlaşdırmaq olmaz. "Zirə" çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun? (Apasport.az)
Fanat.Az